Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Fərdi qəza sığortası

Bədbəxt hadisə nəticəsində gəlir mənbəyini itirmək təhlükəsi qarşısında qalan, müalicə xərclərinin ödənilməsində çətinlik çəkən, öz yaxınlarına yük olmaq istəməyən hər bir şəxs, ailə sahibləri, yüksək təhlükəli peşə fəaliyyəti ilə məşğul olan şəxslər - mühafizəçilər, sürücülər, inşaatçılar, müxbirlər və sair peşə sahibləri, uşaqlar və yeniyetmələr, yalnız və yaşlı şəxslər, həmçinin, öz işçilərinin sosial müdafiə səviyyəsini qaldırmaq istəyən təşkilatlara bədbəxt hadisələrdən sığorta vacibdir.

Siz bədbəxt hadisənin yarana biləcək bütün nəticələrindən sığortalana bilərsiniz:

fiziki travma və ya əlillik
iş qabiliyyətinin müvəqqəti olaraq itirilməsi
şikəstlik
ölüm

Paşa Sığorta Şirkətində bədbəxt hadisələrdən sığortalanmaqla Siz keyfiyyətli sığorta təminatı almış olacaqsınız .

Sizin istəyinizə əsasən bu təminat 1 gündən 1 ilə qədər, gecə-gündüz və ya günün müəyyən saatları, bütün dünyada və ya məhdud ərazidə qüvvədə ola bilər.
Sığorta təminatının səviyyəsi Sizin müəyyən edəcəyiniz sığorta məbləğindən asılı olacaqdır.

Bədbəxt hadisə baş verdiyi halda sizə, sizin varisinizə və ya sığorta şəhadətnaməsində adı göstərilən şəxsə ödənilir:

  • tam sığorta məbləği (ölüm və iş qabiliyyətinin daimi və tam olaraq itirilməsi halında);

  • zədənin (əlilliyin) ağırlıq dərəcəsindən asılı olaraq sığorta məbləğinin bir qismi.

Tam və ya qismi sığorta məbləği sığorta ödənişi üçün ərizə verilən gündən etibarən bir neçə bank günü ərzində ödənilir. Sığorta şəhadətnaməsində adı göstərilən faydagötürənin ölümü halında qanunla varislik almaq üçün lazım olan müddəti gözləməyə ehtiyac yoxdur.

Hər birimiz öz yaxınlarına təhlükəsizlik arzulayır, lakin çoxları bunu təmin edə bilmirlər. İndi Siz bütün ailə üzvlərinizi eyni zamanda bədbəxt hadisələrdən sığortalaya bilərsiniz!

Paşa Sığorta Sizi və ailənizi bədbəxt hadisə nəticəsində yarana biləcək qabaqcadan nəzərdə tutulmayan xərclərdən qorumaq üçün bədbəxt hadisələrdən sığorta üzrə bir neçə ailəvi sığorta proqramı təklif edir.

Sığorta şəhadətnaməsi bədbəxt hadisənin yarana biləcək bütün nəticələrinə təminat verir:

ölüm
şikəstlik
fiziki travma və ya əlillik

Sizin sığorta təminatınız il ərzində gündə 24 saat Azərbaycan Respublikası ərazisində qüvvədə olacaqdır. Sizin yaxınlarınız ezamiyyətdə, işdə və səyahətdə olarkən təminat altında olmuş olacaqlar.

Bədbəxt hadisələrdən sığortalanmaq çox sadədir. Bunun üçün şifahi müraciət etmək kifayəydir, müqavilə tibbi baxış keçirilmədən bağlanılır.

 

  © Pasha Insurance, 2006