Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    İnşaat sığortası

Paşa Sığorta Şirkəti sifarişçilərə, podraçılara və investorlara inşaat, montaj, təmir və obyektlərin müxtəlif mürəkkəb rekonstruksiyası ilə bağlı kompleks şəkildə əmlak maraqlarının qorumasını təklif edir.

Sığorta, şirkətin mütəxəsisləri tərəfindən hazırlanmış və beynəlxalq təcrübəyə əsaslanan qaydalara uyğun olaraq həyata keçirilir.


Biz aşağıda sadalananların sığortasını təklif edirik:

İnşaat işləri;
Montaj işləri;
İnşaat texnikası;
İnşaat sahəsinin avadanlıqları;
Ərazinin təmizlənmə xərcləri;
Zəmanət verilən öhdəliklərin işə salınmasından sonra baş verən     gözlənilməyən xərclər;
İnşaat-montaj işlərinin aparılması zamanı üçüncü şəxslər     qarşısında mülki məsuliyyət;
İnşaatçı və arxitektorların peşə məsuliyyətləri.


İnşaat işləri sığortası

İnşaat işləri - inşaat müqaviləsinə uyğun olaraq obyektin bütün inşaat işləri.
Sığorta məbləği inşaat işlərinin tamamlanması zamanı materialların dəyəri, əmək haqqı, daşınma xərcləri, gömrük rüsumu, tutulmalar və s. həmçinin sifarişçi tərəfindən təchiz edilmiş materiallar və inşaat elementlərinin dəyəri də daxil edilməklə tam layihə (smeta) məbləği həcmində müəyyənləşdirilir.

Dəymiş zərər aşağıda göstərildiyi şəkildə ödənilir:

  • Sığortalanmış əmlakın oğurlanması halında - köhnəlmə çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində

  • Sığortalanmış əmlakın məhv olması halında - gələcəkdə istifadəyə yararlı olan qalıq hissənin dəyəri çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində

  • Sığortalanmış əmlakın zədələnməsi halında - sığorta hadisəsi baş verdiyi günə olan vəziyyətinə bərpa olunması üçün cəkiləcək xərc həcmində

Sığortalanmış əmlakın bərpa xərclərinə aşağıdakılar daxil ola bilər:

  • Sığortalanmış əmlakı bərpa etmək üçün lazım olan material və ehtiyat hissələrinin əldə olunmasına cəkiləcək xərclər

  • Zədələnmiş əmlakı bərpa etmək üçün çəkiləcək əl əməyi xərcləri


Montaj işlərinin sığortası

Montaj işləri - inşaat müqaviləsinə uyğun olaraq obyektin bütün montaj işləri.

Sığorta məbləği hər bir sığorta obyektinin montajı bitdikdən sonra daşınma xərcləri, gömrük rüsumu, tutulmalar və montaj xərcləri və s. həmçinin sifarişçi tərəfindən təchiz edilmiş müxtəlif montaj elementlərinin dəyəri də daxil edilməklə tam layihə (smeta) məbləği həcmində müəyyənləşdirilir.

Dəymiş zərər aşağıda göstərildiyi şəkildə ödənilir:

  • Sığortalanmış əmlakın oğurlanması halında - köhnəlmə çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində

  • Sığortalanmış əmlakın məhv olması halında - gələcəkdə istifadəyə yararlı olan qalıq hissənin dəyəri çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində

  • Sığortalanmış əmlakın zədələnməsi halında - sığorta hadisəsi baş verdiyi günə olan vəziyyətinə bərpa olunması üçün cəkiləcək xərc həcmində

Sığortalanmış əmlakın bərpa xərclərinə aşağıdakılar daxil ola bilər:

  • Sığortalanmış əmlakı bərpa etmək üçün lazım olan material və ehtiyyat hissələrinin əldə olunmasına cəkiləcək xərclər

  • Zədələnmiş əmlakı bərpa etmək üçün çəkiləcək əl əməyi xərcləri

 

 

  © Pasha Insurance, 2006