Biznesə yanaşma
Paşa Sığorta şirkəti
Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq 03 mart 2006-cı il tarixində
qeydiyyatdan keçmişdir. Paşa Sığorta
30 milyon AZN nizamnamə kapitalı olan açıq
səhmdar cəmiyyətdir
Şirkət öz fəaliyyətini həm korporativ, həm də fərdi müştərilərlə qurmaqla 31 növ üzrə icbari və könüllü sığorta xidmətləri göstərir. Şirkətdə
işin yüksək səviyyədə təşkil
olunması üçün vaxt itirmədən
dərhal institusional inkişaf proqramına start
verilmişdir.
Paşa Sığorta-nın
korporativ ideologiyasının əsasında
korporativ və fərdi müştəriləri
məmnun etmək məqsədi durur. Buna həm
əməliyyat bizness-prosesləri, həm də
onların icraçısı kimi yüksək
peşəkarlıq hesabına nail olunmuşdur.
Rəqabət olan biznesdə əməliyyat
biznes-prosesləri və biznesin uğurlu alınması
üçün idarəetmə komandasının
peşəkarlıq faktorları önəmli olduğu
kimi, peşəkar sığortaçı üçün
də bu faktorlar böyük əhəmiyyət
kəsb edir.
Bu mənada qeyd etmək lazımdır
ki, Paşa Sığorta-da bütün
biznes-proseslər yerli bazarın spesifik xüsusiyyətlərini
özündə əks etdirməklə qərbin
ən yaxşı sığorta təcrübəsi
əsasında qurulmuşdur. Buna əlavə
olaraq biznes-proseslər beynəlxalq idarəetmə
standartlarına uyğun olaraq formalaşdırılmışdır.
Həmçinin, qeyd edək ki, idarəetmə
komandası - Baş Direktor və funksional istiqamətlərdə
direktorlar - tanınmış beynəlxalq və
yerli biznes strukturlarında təşkilati və
əməliyyat sahəsində böyük
təcrübəyə malikdirlər.
Bütün bu göstəricilər
təklif olunan sığorta məhsullarının
keyfiyyətinin lazımi səviyyə və
Paşa Sığorta şirkətinin
göstərdiyi xidmətin peşəkarlıq
səviyyəsinə çatması üçün
ciddi faktorlardır.