Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Yüklərin sığortası

Sığortanın bu növü yük sahiblərinin müxtəlif nəqliyyat vasitələri ilə daşınan mal və yüklərini təminat altına almaq üçün nəzərdə tutulub və yük daşıyanın günahının olub olmamasından asılı olmayaraq yükə dəymiş olan ziyan və ya itkinin əvəzi ödənilir.

Paşa Sığorta Şirkətinin yük sığortası müqaviləsinin şərtləri müasir tələblərə cavab verir.

 

Paşa Sığorta Şirkəti yük sığortası ilə bağlı aşağıdakı proqramları Sizə təklif edir:

  • Bir səfər üçün nəzərdə tutulmuş sığorta şəhadətnaməsi. Sığortalanmaq üçün verilən ərizə əsasında rəsmləşdirilir. (müxtəlif növ yüklərin bir səfərlə daşınması).

  • Yüklərin daşınması üzrə ümumi sığorta şəhadətnaməsi (müqavilə). Razılaşdırılmış marşrutla yüklərin müntəzəm olaraq daşınması və ya eyni cinsli yüklərin daşınması zamanı istifadə olunan müqavilə forması nəzərdə tutulur. Ümumi sığorta şəhadətnaməsi yüklərin daşınması üzrə sənəd dövriyyəsini sadələşdirir və sənədlərdə göstərilmiş bütün yükləri təminat altına alır. Ümumi sığorta şəhadətnaməsində müxtəlif sığorta haqqının ödənmə üsulları nəzərdə tutulmuşdur.

Sığortanın bu növü üzrə sığortalamaq olar:

Dünyanın hər hansı bir nöqtəsinə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yükü
Yükün daşınması üçün sərf olunan nəqliyyat xərcləri

Sığorta, yükün daşınması zamanı qəsdən edilməyən oğurluq, soyğunçuluq, hərbi ixtişaş , lakout və s. nəticəsində yükün zədələnməsi və ya məhv olması halında sığorta təminatının həcmindən asılı olaraq zərərin ödənilməsinə təminat verir.

Zərər ödənişinə yükün zədələnməsi və ya məhv olması nəticəsində dəymiş ziyan, yükün xilas və ya təmir olunmasına çəkilən xərc və ekspertiza xərcləri daxildir.

YÜK DAŞIYANIN VƏ YA EKSPEDİTORUN ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTASI

Yük daşıyanın və ya ekspeditorun üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası yüklərin daşınması və ya göndərilməsi ilə məşğul olan şirkətlər üçün nəzərdə tutulub və onlara ümumi sığorta müqaviləsi bağlamağı təklif edir.

Sığorta təminatı

Paşa Sığorta Şirkəti aşağıda sadalananlar əsasında yük daşıyanları və ekspeditorları haqlı iradlardan qorumaq üçün sığorta proqramları hazırlamışdır:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

  • Yükün daşınması və göndərilməsi xidməti sahəsində olan beynəlxalq hüquq müqavilələri və Konvensiyaları CMR/BADK, FIATA;

  • Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta etdirənə edilən iradları tənzimləmək üçün yük daşınması və göndərilməsi sahəsində dövlətin milli qanunvericiliyinin tələbləri;

  • Sığortaçı tərəfindən əvvəlcədən qəbul edilmiş digər müqavilənin şərtləri.

Sığorta olunan risklər:

  • Yükün məhv olması, zədələnməsi və ya itkisi, yükün etibarlı qorunmasını təmin etməmək, nəqliyyat vasitəsinin hər hansı bir predmetlə toqquşması, yanğın, nəqliyyat vasitəsinin körpüsünün sınması, alov və ya partlayış, oğurluq və ya soyğunçuluq, temperatur rejiminin pozulmasına qarşı məsuliyyət.

  • Yükün çatdırılmasında gecikmə nəticəsində yaranan maliyyə itkisi, yükün səhv göndərilməsi, yükün daşınma haqqının ödənilməsinə qarşı məsuliyyət.

  • Gömrük tutulmaları və rüsumlarının ödənilməsi.

  • Daşınan yük vasitəsilə üçüncü şəxslərin sağlamlığına və əmlakına vurulan ziyana görə üşüncü şəxslər qarşısında məsuliyyət.

  • Sığorta hadisəsinin araşdırılmasına çəkilən xərclər.

  • İtkinin qarşısının alınması və ya azaldılmasına çəkilən xərclər.


  © Pasha Insurance, 2006