Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa Ñenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


  Enerji risklərinin sığortası

Enerji riskləri dedikdə neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılmasının sığortası nəzərdə tutulur.

Bu növ üzrə sığorta təminatına aşağıdakılar daxildir:

À) Quyu üzərində nəzarətin bərpa edilməsi
Á) Təkrar qazma işləri
Â) Əlavə xərclər

Sığorta təminatı aşağıda sadalananlara şamil edilmir:

  • Hər hansı dövlətin və ya başqa bir hökumət qurumunun və yaxud hər hansı hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;

  • Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;

  • Müqavilə üzrə şərtlərin və ya qaydaların tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı yolla ortaya çıxan bütün vəsatətləri;

  • Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:

    sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah (lar) ;

    üsyan, qiyam, inqilab, müharibə, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, hökumətin və ya yerli hakimiyyət orqanlarının göstərişi ilə müsadirə edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşıma və ticarət.

 

  © Pasha Insurance, 2006