Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Texnika və avadanlıq sığortası


Sığortanın bu növü stasionar maşın və mexanizmlərin, avadanlığın və digər qurğuların gözlənilmədən qəfil sinması nəticəsində yaranan zərərlərdən sığorta etdirənin mülki maraqlarını qoruyur.

 

Sığorta etdirənin (əmlakın sahibi, icarədar, lizinqə götürən şəxs) stasionar maşınlar, aparatlar, müxtəlif mexaniki avadanlıqlar və qurğuları sığorta predmeti hesab olunur, həmçinin:

 Enerji hasil edən maşınlar (buxar qazanları, turbinlər, generatorlar, mühərriklər və s.);
 Enerjinin bölüşdürülməsi və ötürülməsini həyata keçirən maşın və qurğular (transformatorlar, yüksək voltlu lövhələr, elektrik açarları, cərəyan ötürən xəttlər və s.);
 İşləyən və yardımçı maşınlar (müxtəlif dəzgahlar, nasoslar, kompressorlar və s.).

Yalnız istismara hazır, lazımı texniki vəziyyətdə olan və sınaq müddətini və nəzarət testini keçən maşınlar sığortalanırlar.

Sığorta müqaviləsi ilə maşın və mexanizmlərin yalnız gözlənilmədən və qəfil aşağıda sadalananlar nəticəsində zədə alması (içəridən sınması) və ya məhv olması risk hesab olunur:

  • Layihələndirmədə, konstruksiyasında yanlışlıq;

  • Hazırlanma və montaj zamanı yanlışlıq;

  • İstifadə olunmuş materialda və ya tökmədə qüsur;

  • İstifadədə qəsdlə edilməyən yanlışlıq;

  • Enerji yüklənməsi, həddindən artıq qızma, vibrasiya, pərçimlənmə, yad cisimlər vasitəsilə ilişmə, mərkəzdənqaçma qüvvəsinin təsiri, materialın köhnəlməsi;

  • Qısa qapanma, elektrik şəbəkəsinin yüklənməsi, gərginliyin, atmosfer dərəcəsinin (ildırım vurmasından başqa) düşməsi və digər bu qəbildən olan hallar;

  • Hidravlik zərbə və ya buxar qazanlarında, buxar generatorlarında, buxar və ya maye ilə işləyən digər aparatlarda mayenin çatışmaması;

  • Buxar qazanlarında (qazın və ya buxarın genişlənməsi nəticəsində qazanın divarlarının qırılması), daxili yanacaqlı mühərriklərdə, digər enerji istehsal edən mənbələrdə partlayış;

  • külək, şaxta, buz axını;

  • Tros və zəncirin qırılması nəticəsində sığortalanmış predmetlərin düşməsi, onların digər predmetləri zədələməsi və digər qəza xarakterli səbəblər.

Sığorta hadisəsi baş verdiyi halda sığortaçının sığorta etdirənə (faydagötürənə) ödədiyi məbləğ maşın və mexanizmin zərər görməzdən əvvəlki istismar-texniki vəziyyətinə uyğun digər analoji maşın və mexanizmilə əvəz edilməsi mümkün olan məbləğə uyğun olmalıdır.

 

  © Pasha Insurance, 2006