Həyat
sığortası
Bu gün Siz ailənizin və
özünüzün firavan həyatınızı
təmin etmək üçün kifayət
qədər gəlir əldə edirsiniz. Siz
uğur qazanırsınız və sizin biznes
inkişaf edir.
Lakin mövcud şərait hər
an istənməyən istiqamətdə dəyişə
bilər və bu Sizin ailə büdcəniz
üçün ciddi problemlər yarada bilər.
Öz gələcəyiniz haqqında
fikirləşmək vaxtıdır.
Paşa Sığortadan uzunmüddətli
həyat sığortası əldə etmək
sərfəlidir. Nə üçün?
Həyat sığortası müqaviləsi
5 il və daha uzun müddətə bağlanıla
bilər.
Sığorta
ödənişlərindən gəlir vergisi
tutulmur.
Bədbəxt
hadisə baş verdiyi halda müalicə olunmaq
üçün Sizə pul ödəniləcəkdir.
Ödənişin həcmi dəymiş zərərin
dərəcəsindən asılıdır.
Sığorta
ödənişi, həmçinin, əlillik
dərəcəsi alındığı təqdirdə
də verilir. Sığorta müqaviləsinin
müddəti bitdiyi zaman Siz yığmağı
nəzərdə tutduğunuz məbləği
alacaqsınız.
Sığorta
şəhadətnaməsinin sahibi vəfat
edərsə, onun hüquqi varisləri maddi
cəhətdən yardım alacaqdır.
Uşaqlarınızın
stabil gələcəyi çox hallarda Sizdən
asılıdır. Bizim proqramların köməyi
ilə Siz uşaqlarınızın yaşayış
yerinin olması və yaxşı təhsil
almaları üçün kifayət edəcək
qədər məbləğ yığa bilərsiniz.
Uzunmüddətli yığımlı
həyat sığortası üzrə Paşa
Sığortada sığortalanmaq nə qədər
etibarlıdır?
Sizin pullar ölkənin iqtisadi vəziyyətindən
asılı olmayaraq tam şəkildə saxlanılacaqdır.
Paşa Sığorta
öz öhdəliyi üzrə 20 000 000 manat
həcmində nizamnamə kapitalı ilə
zəmanət verir!