Şirkət haqqında |
| |
|
Bizim ünvanımız:
Paşa Sığorta Şirkəti
Paşa Ñenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000
Azərbaycan
Tel: (99412) 598 18 03
Faks: (99412) 598 18 07
Sığorta Məsləhətləri
Xətti:
 |
| (050/055) 263 88 08 |
E-mail: office@pasha-insurance.az
|
|
|
 |
| |
|
 |

Menecment
Mir Camal Paşayev, Paşa
Holding-in idarəedici direktoru və
Paşa Sığorta-nın Direktorlar Şurasının
üzvü
Mir Camal Paşayev Lomonosov adına
Moskva Dövlət Universitetinin fizika fakültəsini,
daha sonra isə Kaliforniya universitetinin mühəndislik
fakültəsini və Vaşinqtonda Amerika Universitetinin
biznes məktəbini bitirmişdir. 1999-cu ildən
2000-ci ilə qədər Azərbaycan Milli Bankında
məsləhətçi işləmişdir.
2000-ci ildən 2005-ci ilə qədər Avropa
Yenidənqurma və İnkişaf Bankında
(EBRD) fəaliyyət göstərmiş və
maliyyə analitikindən infrastruktur layihələri
üzrə bankir vəzifəsinə qədər
yüksəlmişdir. 2005-ci ildən infrastruktura,
telekommunikasiya və maliyyə xidmətləri
sahələri üzrə iri investisiya layihələrində
konsaltinq fəaliyyəti ilə məşğul
olmuşdur. 2006-cı ilin martından 2007-ci
ilin noyabrına qədər Paşa Sığorta
şirkətinin Baş Direktoru vəzifəsində
işləmişdir. 2007-ci ilin dekabr ayından
Paşa Holding-in idarəedici direktoru
və Paşa Sığorta-nın
Direktorlar Şurasının icraçı üzvü
işləyir.
M.Paşayev: "Rəqabətli
biznes mühitində əməliyyat biznes-prosesləri
və idarəetmə komandasının peşəkarlığı
biznesin uğurlu alınması üçün
önəmli amil olduğu halda, peşəkar
sığortaçı üçün bu amillər
xüsusi əhəmiyyət kəsb edir. Bu
mənada qeyd etmək lazımdır ki, Paşa
Sığorta-da bütün biznes-proseslər
yerli bazarın spesifik xüsusiyyətlərini
özündə əks etdirməklə qərbin
ən yaxşı sığorta təcrübəsi
əsasında qurulmuşdur. Buna əlavə
olaraq biznes-proseslər beynəlxalq idarəetmə
standartlarına uyğun olaraq formalaşdırılmışdır".
|
|
Nofəl Rzayev,
İdarə Heyətinin sədri - Baş Direktor
Nofəl Rzayev Lomonosov adına Moskva Dövlət
Universitetinin iqtisadiyyat fakültəsini, sonra
isə Texas Universitetinin İdarəetmə
Məktəbini bitirmişdir. ABŞ-da beynəlxalq
ticarət üzrə konsaltinq sahəsində
işləmiş, daha sonra isə Bakıda
Amerika Ticarət Nümayəndəliyində
fəaliyyət göstərmişdir. 1997-2001-ci
illərdə Coca-Cola İnternational-ın Avrasiya
regional qərargahında Azərbaycan və
Gürcüstan üzrə rəhbər əməliyyat
və nümayəndəlik vəzifələrində
işləmiş, 2002-ci ildən isə Dell-in
Qafqaz üzrə rəsmi nümayəndəliyində
marketinq və inkişaf üzrə direktor vəzifəsində
çalışmışdır. 2004-cü
ildən Avropa Yenidənqurma və İnkişaf
Bankının (EBRD) və USAİD-in biznesin
idarə olunması və korporativ inkişaf
sahələri üzrə layihələrində
konsaltinq ilə məşğul olmuş, o
cümlədən EBRD-nin Azərbaycanda sığorta
sektoruna investisiya proqramı üzrə müşaviri
olmuşdur. 2006-cı ilin mart ayından Paşa
Sığorta şirkətində Baş
Direktorun müavini vəzifəsində çalışmışdır.
2007-ci ilin dekabr ayında Baş Direktor vəzifəsinə,
2009-cu ilin fevralında isə şirkətin
İdarə Heyətinin sədri vəzifəsinə
təyin olunmuşdur.
N.Rzayev: "Şirkətin formalaşması
prosesində Paşa Sığorta-nın korporativ ideologiyasının əsasında
korporativ və fərdi müştəriləri
məmnun etmək məqsədi durur. Buna həm
əməliyyat biznes-proseslərinin, həm
də onların icraçılarının yüksək
peşəkarlığı hesabına nail
olunmuşdur. İdarəetmə komandasına
gəldikdə isə, Paşa Sığorta-da
funksional istiqamətlərdə hər bir direktor
tanınmış beynəlxalq və yerli biznes
strukturlarında təşkilati və əməliyyat
sahəsində böyük təcrübəyə
malikdir. Bütün bu göstəricilər,
əlbəttə, sığorta məhsullarının
keyfiyyətinin və Paşa Sığorta
şirkətinin göstərdiyi xidmətlərin
lazımi peşəkarlıq səviyyəsinə
çatması üçün ciddi zəmindir".
|
|
Ülviyyə Cabbarova, İdarə Heyəti sədrinin müavini – Əməliyyatlar
Ülviyyə Cabbarova Azərbaycan sığorta biznesinin müxtəlif istiqamətləri üzrə 10 ildən artıq zəngin praktiki təcrübəyə malikdir. Azərbaycan Tibb Universitetini müalicə işi ixtisası üzrə bitirən və 2001-ci ildən sığorta sahəsində peşəkar fəaliyyətini başlayan Ülviyyə Cabbarova müxtəlif illərdə tibbi sığorta, tibbi assistansın təşkili, həyat sığortası və səyahət sığortası kimi istiqamətlər üzrə məsul vəzifələrdə çalışmış, 2006-2007-ci illərdə A-Group Sığorta Şirkətində Tibbi sığorta şöbəsinin müdir müavini, 2007-2008-ci illərdə isə Dünya Bankının “Azərbaycan Respublikasının Səhiyyə Sektorunda İslahatlar” Layihəsinin məsləhətçisi olmuşdur.
2008-ci ilin fevral ayında Paşa Sığorta-da sığortaçı karyerasını davam edən Ülviyyə Cabbarova əvvəl Tibbi və səyahət sığortası anderraytinqi üzrə koordinator kimi fəaliyyətə başlamış, 2009-cu ilin fevral ayında Tibbi və səyahət sığortası üzrə müdir, 2010-cu ilin yanvar ayında isə Tibbi və səyahət sığortası departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. Bu müddət ərzində Ülviyyə Paşa Sığorta-nın Tibbi Assistans Xidmətinin yenidənqurulması və Tibbi və Səyahət Sığortası departamentində QMS standartlarının tətbiqinə uğurla rəhbərlik etmişdir.
2010-cu ildə Paşa Holding-in Keyfiyyətə Nəzarət Sisteminin müdiri vəzifəsinə təyin olunmuş Ülviyyə Cabbarova, 2011-ci ilin mart ayında Paşa Holding-in qərarı ilə Paşa Sığorta-nın İdarə Heyəti sədrinin müavini və Əməliyyat Blokunun Rəhbəri vəzifəsinə irəli sürülmüşdür.
Ülviyyə Cabbarova Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) Səyahət, Otelçilik və Turizm Komitəsinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin üzvüdür.
Ü.Cabbarova: "Uzun-müddətli, qarşılıqlı əlverişli və etibarlı münasibətlər əsasında müştərilərə qabaqcıl sığorta xidmətlərinin göstərilməsi Paşa Sığorta şirkətinin uğurlu fəaliyyətinin təməlini təşkil edir. Şirkətin əməliyyat bölmələrinin işi dəqiq müəyyən edilmiş, müştəriyə yönümlü strategiya üzərində qurulub və qabaqcıl idarəetmə və informasiya texnologiyalarının istifadəsi ilə həyata keçirilir. Müştərilərimizə fərdi yanaşma sığorta xidmətlərinin satış həcminin artması ilə yanaşı, Paşa Sığorta şirkətinin müştərilərinə ən yüksək səviyyədə xidmətlərin effektiv şəkildə və vaxtında təqdim edilməsinə imkan verir".
|
|
Zaur Əliyev, İdarə Heyətinin üzvü - Maliyyə və İnzibati İdarəetmə Blokunun rəhbəri
Zaur Əliyev 2003-cü ildə Böyük Britaniyanın Norviç şəhərində yerləşən East Anglia Universitetinin Mühasibat uçotu və maliyyə fakültəsini bitirmişdir. O, 2008-ci ildən Sertifikatlaşdirilmiş Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür və həmin təşkilatın Beynəlxalq Maliyyə Hesabatı üzrə sertifikatına malikdir.
Zaur peşəkar karyerasına 2003-cü ildə Ernst & Young şirkətinin Qazaxıstan ofisində auditor kimi başlamış, daha sonra – 2004-cü ilin yanvar-avqust aylarında karyerasını eyni vəzifədə Ernst & Young şirkətinin Azərbaycan ofisində davam etdirmişdir. 2004-cü ilin oktyabr ayından Zaur şirkətin London ofisində Baş auditor vəzifəsinə təyin edilmiş və 2009-cu ilin oktyabr ayına qədər bu vəzifədə çalışmışdır. 2010-cu ildə Azərbaycana qayıdan Zaur həmin ilin iyun ayından başlayaraq Paşa Holding-in Audit və Monitorinq Departamentində Audit meneceri vəzifəsində çalışmış və paralel olaraq 2011-ci ilin fevral ayından Paşa Sığorta-nın Təftiş Komissiyasının üzvü vəzifələrini də yerinə yetirmişdir.
2011-ci ilin noyabr ayından Paşa Sığorta-nın İdarə Heyətinin üzvü – Maliyyə və İnzibati İdarəetmə Blokunun rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Z. Əliyev: “İri nizamnamə kapitalı və balanslı anderraytinq siyasəti ilə yanaşı istər daxili biznes proseslər, istərsə də sığorta bazarının digər iştirakçıları ilə münasibətlər çərçivəsində bütün maliyyə əməliyyatlarında tam şəffaflıq və dəqiq nəzarət Paşa Sığorta-nın maliyyə sabitliyinin əsasını təşkil edir. Maliyyə xidməti özünün strateji vəzifəsini şirkətin əməliyyat strukturlarının fəaliyyətinin lazımi səviyyədə dəstəklənməsinə yönəltməklə müştərilərimizin və biznes partnyorlarımızın marağının maksimal olaraq təmin olunmasında görür”.
|
|
Orxan Məmmədov, İdarə Heyətinin üzvü – CTO
Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi
Münasibətlər fakültəsini bitirmiş (2004) və sonradan həmin universitetin Beynəlxalq
Biznes üzrə Magistr dərəcəsini almışdır (2006). Orxan Global Network Fondunun Mərkəzi
Avrasiya Liderlik Akademiyasının məzunudur (2011).
Orxan peşəkar karyerasına 2003-cü ildə German Technical Cooperation (GTZ) təşkilatında
Azərbaycan Özəlləşdirmə Layihəsi üzrə Asistent-Ekspert kimi başlamışdır. 2007-ci ildə
Orxan Paşa Sığorta şirkətinə daxil olmuş və bir sıra texniki, sonra isə rəhbər vəzifələr
tutmuşdur - Korporativ Sığorta üzrə Məsləhətçi (2007-2008), Bankassurance funksiyasının
meneceri (2008-2009), Əməliyyatlar departamentinin rəhbəri (2009-2011) və 2011-ci ilin may
ayında İdarə Heyətinin üzvü və Texniki Blokun rəhbəri təyin olunmuşdur.
2009-cu ildə Orxan Britaniyanın Chartered Insurance Institute (CII) tərəfindən Certificate
in Insurance (CertCII) ilə təltif olunmuşdur və hal-hazırda distant-təhsil sistemi ilə Diploma
in Insurance (DipCII) (2012-ci ildə gözlənilir) proqramı ilə təhsilini davam etdirir.
O.Məmmədov: "Paşa Sığorta şirkəti korporativ və fərdi müştərilərə yerli
sığorta bazarının tələblərinə cavab verən qərb üslubunda universal sığorta evi modelini uğurla
reallaşdırmağı bacardı. Anderraytinq, təkrarsığorta və iddiaların idarəedilməsi zamanla regionun digər
ölkələrində sınaqdan keçmiş ən yaxşı prosedurlar əsasında qurulmuşdur. Yuxarıda deyilənlər bütün əməliyyat
prosesləri zamanı prosedurların həyata keçirilməsində yüksək peşəkarlığın olması ilə
daha da möhkəmləndirilir".
|
|
Səmayə Novruzova, İdarə Heyətinin üzvü - Kadrlar və inkişaf üzrə direktor
Səmayə Novruzova 1990-cı ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra
Azərbaycan Texnologiya Universitetinin mühəndis-texnoloq ixtisası üzrə məzunu olmuşdur (2003). Təhsil,
menecment, insan resursları, keyfiyyətin idarə edilməsi sahələrində 20 ildən artıq
zəngin təcrübəyə malikdir.
Biznes sahəsində peşəkar karyerasına 1993-cü ildə İşveçrənin SGS şirkətinin Azərbaycan təmsilçiliyində
referent kimi başlamış, 1996-cı ildə bu şirkətdə HR və İnzibati idarəetmə sahələri üzrə məsul şəxs
olmuşdur. 2002-2004-cü illərdə Səmayə SGS Azerbaijan-ın Beynəlxalq sertifikatlaşdırma şöbəsinin rəhbəri
vəzifəsində çalışmışdır. 2005-2007-ci illərdə isə o, Azərbaycanın bir neçə böyük istehsalat şirkətlərində
beynəlxalq standartlara uyqun keyfiyyət idarəetmə və ərzaq istehsalının təhlükəsizliyi sistemlərinin tətbiqi
və sertifikasiyası üzrə məsləhətçi layihələrə rəhbərlik etmişdir.
2007-ci ilin mart ayında Səmayə Novruzova Paşa Sığorta şirkətində Kadrlar və idarəetmə sistemləri
üzrə koordinator vəzifəsində karyerasını davam etmiş, 2008-ci ilin fevral ayında Kadrlar və inzibati
işlər müdiri, 2009-cu ilin fevral ayında isə Kadrlar və inkişaf üzrə direktor vəzifəsinə təyin olunmuşdur.
Şirkətin Keyfiyyət İdarəetməsi Qrupunun rəhbəridir. 2011-ci ildən Paşa Sığorta ASC-nin İdarə Heyətinin üzvüdür.
Səmayə Novruzova hal-hazırda Böyük Britaniyanın Nottinqem Trent Universitetində CIPD (The Chartered Institute
of Personnel & Development) kvalifikasiyası üzrə təhsilini davam etməkdədir və 2012-ci ildə onun müvafiq diplomu
əldə edəcəyi gözlənilir.
S.Novruzova: “Şirkətin fəaliyyətinin peşəkarlığı bizim əməkdaşlarımız
tərəfindən təmin edilir və şirkətə bazarda verilən ümumi qiymət və həmçinin onun maliyyə göstəriciləri
məhz onların yerinə yetirdiyi gündəlik işin keyfiyyətindən asılıdır. Bu səbəbdən Paşa Sığorta şirkətinin
HR siyasəti işçilərin biznes bacarıqlarının daim təkmilləşdirilməsinə, əməkdaşların peşəkarlığının inkişafına,
təşkilatın korporativ mədəniyyətinin fasiləsiz mükəmməlləşdirilməsinə və varislik siyasətinin planlaşdırılması
vasitəsilə əməkdaşların özlərini realizə etmə imkanlarına yönəldilmişdir. Göstərilən faktorlar bu gün Paşa
Sığorta-nın Azərbaycanın maliyyə bazarında rəqabətli üstünlüyünün formalaşdırılmasında mühüm yer tutur”.
|
|