Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Könüllü tibbi sığorta

Könüllü tibbi sığorta - ən çox tələb olunan sığorta növlərindən biridir. Şirkətin öz işçilərinin qayğısına qalması onun korporativ mədəniyyətinin göstəricilərindən biridir və bu həm biznes tərəfdaşları, həm də ictimaiyyət arasında şirkətin imicinin formalaşmasında əsas faktorlardan biridir.

Praktik nöqteyi nəzərdən işçilərinizin xəstəliyinin qarşısının alınması və müalicə olunma xərclərini qarşılamaq Sizi nəinki öz işçilərinizin gözündə qaldıracaq, Praktik cəhətdən işçilərinizin xəstəliyinin profilaktikisı və müalicəsi xərclərinin qarşılanması nəinki Sizi onların gözündə qaldıracaq, hətta xəstəxana arayışları üçün çəkilən xərcləri azaldacaq, bədbəxt hadisələrə görə verilən əlavə xərclərə ehtiyac olmayacaq və nəticə olaraq iş istehsalını və işçilərin tez-tez yerlərini dəyişməsinin qarşısını alacaqdır.

Paşa Sığorta Şirkətində könüllü tibbi sığorta - bu uyğun qiymətə yüksək keyfiyyətli, rahat şəraitdə tibbi yardımın alınması, düzgün və dəqiq qoyulacaq dioqnozlardan istifadə etmək və ən müasir tibbi texnologiyalarla müalicə deməkdir. Könüllü tibbi sığorta çərçivəsində könüllü tibbi sığorta proqramları ödənişli klinikalara və prestijli tibb müəssisələrinə birbaşa müraciət etməklə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur.

Paşa Sığorta Şirkətində könüllü tibbi sığorta etdirməyin üstünlüklərini saya bilərik və bu üstünlüklərə görə Şirkətimizdə könüllü tibbi sığorta etdirməyə dəyər:

  • Sığortadan istifadə etmək tibbi yardım üçün birbaşa klinikaya müraciət etməkdən daha ucuzdur.

  • Tibbi müəssisələr ilə müntəzəm olaraq iş aparılması yüksək xidmətə təminat verir.

  • Paşa Sığorta Şirkəti sığorta olunan tərəfindən seçilmiş proqram çərçivəsində bütün lazımı tibbi xərcləri ödəyir.

  • Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta haqqı dəyişilməz olaraq qalır. Tibb müəssisələrində xidmətin bahalaşması riskini Sığorta Şirkəti öz öhdəsinə götürür. Nəzərə alsaq ki, tibbi xidmət il ərzində 10-30% artır və bu sığorta şəhadətnaməsindəki sığorta məbləğinə heç bir təsir etmir, bununla Siz inflyasiyadan qorunmuş olursunuz.

  • Gündə 24 saat dispetçer xidməti və sığortaçının təcili yardım xidməti.

  • Səhhətiniz ilə bağlı bütün problemləri həll etməyə həmişə hazır olan Sizin müqavilə üzrə həkim kuratorunuza müraciət etmək.

  • Biz müştərilərimizə zamanından və kəmiyyətindən asılı olmayaraq ən yaxşı tibb müəssisələrində istənilən mürəkkəb səviyyəli müalicə və tibbi yardım almaq imkanı yaradırıq.

  • Paşa Sığorta Şirkətinin mütəxəsisləri şirkətin müştərilərinə göstərilən tibbi xidmətin keyfiyyətinə müntəzəm olaraq nəzarət edir və tibbi müəssisə ilə hər hansı fikir ayrılığı yarandığı zamanı müştərinin maraqlarını müdafiə edir.

  • Tibb sahəsində dərin biliyə malik olan sığortaçı tərəfindən ən yaxşı tibb müəssisələrinin seçilməsi.

  • Biz müştərinin arzu və imkanına uyğun daha optimal fərdi proqramın hazırlanmasına çox müsbət yanaşırıq.

  • İşçilərin sayından asılı olaraq kollektivlərə böyük endirimlər edirik.

  • Digər əlavə xidmətlər (bonuslar) təklif edirik..

Paşa Sığorta Şirkətində Tibbi sığorta - sizin sağlamlığınıza zəmanətdir!

Paşa Sığortanın müxtəlif korporativ tibbi sığorta proqramları barədə daha ətraflı məlumat əldə etmək üçün Sığorta Məsləhətləri Xəttinə (həftənin 7 günü) (050/055) 263-88-08 telefon nömrəsi vasitəsilə müraciət edə bilərsiniz. Bizimlə əlaqə saxlamaqla Siz həmçinin məsləhətçimiz tərəfindən Sizin ofisinizdə və münasib bir zamanda təqdimat da sifariş edə bilərsiniz.

  © Pasha Insurance, 2006