Fərdi
şəxslərin əmlakının sığortası
Evdən daha vacib nə ola
bilər. Hər birimiz bu isti və rahat yuvanın
qurulması üçün az əmək sərf
etmirik. Bunun dəyərini sərf edilmiş
maddiyyatla ölçmək olmaz. Bizi əhatə
edən hər şey - öyrəşdiyimiz
şərait, öz əşyalarımız,
sevdiyimiz ev mühiti - bu bizim ahəngdar dünyamızın
hissələridir. Bizim ruhi sakitliyimiz bu dünyanın
stabilliyindən asılıdır.
Niyə görə bizə ən vacib
olan bir şeyi risk altında qoymalıyıq?
Sevdiyiniz, sizə əziz olan hər bir şeyin
qorunmağa ehtiyacı var. Şəxsi mənzil
əldə etmək - bu ancaq işin yarısıdır.
Əmlakınızın qorunması üçün
etibarlı partnyora müraciət etməniz
lazımdır.
Paşa Sığorta Şirkətində
sizə uyğun fərdı sığorta proqramı
ilə Siz öz mənzilinizi/evinizi sığortala
bilərsiniz. .
Sığorta obyekti sığorta
etdirənin sahiblik, sərəncamında və
ya istifadəsində olmasından yaranan mülki
maraqları təşkil edir. Sığorta
etdirən sahib olduğu, həmçinin, ona
etibar olunan, icarə, lizinq və girovda olan əmlakı
sığortalaya bilər.
Paşa Sığorta
öz müştərilərinə mənzillərini,
içindəki avadanlıqlarını və
ev əşyalarını kompleks şəkildə
sığortalamağı təklif edir. Həmçinin
Siz üçüncü şəxs qarşısında
mülki məsulıiyyətinizi də sığrtalaya
blərsiniz. Bilməyərəkdən qonşuyu
ziyan vurduğunuz halda bu sığorta şəhadətnaməsi
Sizi yaranan ziyanı aradan qaldırmaq üçün
ödəyəcəyiniz izafi xərclərdən
qurtarmış olacaq.
Əmlak sığortası üzrə
siz sığortalaya bilərsiniz:
Kottec, bağ evi, təsərrüfat tikililəri
(qarajlar, anbarlar, damlar və bu qəbildən
olan tikililər)
Təmirli
mənzil
Yaşayış
yerinin təmiri və avadanlıqları
Tam
tikilməmiş obyektlər
Ev
əşyaları:
-
Mebel;
-
Məişət, hesablama maşınları
və orqtexnika, tele, video və audio aparatlar;
-
Xalça, qab-qacaq, paltarlar və
s.;
-
Sənət əsərləri,
əntiq əşyaları, zərgərlik
malları və s.
Əmlak aşağıdakı risklərdən
sığortalana bilər:
-
Yanğın (genış yayılmlş
qarşısı alınmaz alov);
-
Su təchizatı, qızdırıcı
və kanalizasiya və s. sistemində qəza;
-
Təbii fəlakətlər;
-
Oğurluq, soyğunçuluq, quldurluq
və üçüncü şəxslərin
qeyri-qanuni hərəkətləri;
-
Uçan obyektlərin və ya onların
bir hissəsinin, hava nəqliyyat vasitələrinin,
ağacların və digər predmetlərin
düşməsi;
-
Partlayış və s.