Korporativ
fəlsəfə
Paşa Sığorta şirkətinin
idarəetmə komandası şirkətin
missiyası, keyfiyyət siyasəti və gələcəyə
baxış formasında şirkətin əsas
strateji xarakteristikasını işləyib
hazırlamışdır. Xarakteristika ilə yaxından
tanış olmaq Paşa Sığorta-nın
bu günü və sabahı üçün
biznes məqsədini daha yaxşı anlamağa
imkan verir.
Korporativ missiya (Mission Statement)
Etibarlı və stabil peşəkar
sığorta şirkəti olaraq və bütün
tərəflərin - müştəri, təchizatçı,
agent, əməkdaş və səhmdarların
- maraqlarını təmin etməklə Paşa
Sığorta korporativ və fərdi
müştərilər üçün ən
müasir və effektiv sığorta çözümləri
təklif edir.
Keyfiyyət siyasəti (Quality Policy)
Müştərilərin tələbatının
düzgün öyrənilməsi, onlara lazımi
və daha sərfəli sığorta məhsulu
təqdim etmək, müştəri xidmətinin
mükəmməl təşkili yolu ilə
yüksək keyfiyyətli xidmətə nail
olmaq və onu daim təkmilləşdirmək
Paşa Sığorta-nın
keyfiyyət siyasətinin prioriteti kimi müəyyənləşdirilmişdir.
Gələcəyə baxış (Vision Statement)
Bugünkü bazara yüksək
keyfiyyətli xidmət və işçilərin
peşəkarlığına əsaslanan
rəqabətli sığorta çözümləri
təklif edərək, Paşa Sığorta
öz gələcək nailiyyətlərini
müştərilərini ən qabaqcıl
qərb təcrübəsi və yerli tələblərə
uyğun sığorta proqramları ilə
təchiz edən beynəlxalq səviyyəli
sığorta şirkətinin qurulmasında
görür.