Şirkət haqqında |
| |
|
Bizim ünvanımız:
Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000
Azərbaycan
Tel: (99412) 598 18 03
Faks: (99412) 598 18 07
Sığorta Məsləhətləri
Xətti:
 |
| (050/055) 263 88 08 |
E-mail: office@pasha-insurance.az
|
|
|
 |
| |
|
 |

Əmlak
sığortası
Korporativ müştərilərin
əmlakının sığortası
Paşa Sığorta biznesinizi
böyük maliyyə itkisi təhlükəsindən
qorumaq üçün müəssisələrin
əmlak sığortası proqramını
təklif edir.
Əlavə olaraq Siz öz müəssisənizi
dəyə biləcək zərərdən
və ya sığorta hadisəsi nəticəsində
istehsalatda yaranacaq fasilə nəticəsində
yaranacaq gəlir itkisindən də sığortalaya
bilərsiniz.
Paşa Sığorta zərər
dəymiş əmlakı bərpa etmək
üçün tələb olunan bütün
xərcləri ödəyir.
Məhz sığorta sizin biznesi
kritik vəziyyətdən qurtara bilər.
Sığortaya çəkiləcək xərc
kiçik bir məbləğdir və qəfil
qəza itkilərindən fərqli olaraq Siz
onu planlaşdıra bilərsiniz. Nə qədər
sığorta haqqı ödəmək istəyinizdən
asılı olaraq bu məbləği özünüz
müəyyən etməyi Sizə təklif
edirik. Nəzərə alın ki, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən
sığorta haqqından heç bir vergi tutulmur.
-
Sığorta təminatının
etibarlılığına zəmanət
- Paşa Sığorta Şirkətinin böyük
maliyyə imkanları və etibarlı xarici
şirkətlərlə təkrarsığorta
müqavilələri mövcuddur.
-
Paşa Sığorta tərəfindən
təklif edilən çeşidli sığorta
proqramları vasitəsilə Sizin biznesinizi
qorumaq üçün kompleks şəkildə
təminat
-
İstəyinizə uyğun dəyişdirilə
bilən tarif dərəcələri və
franşiza (həmçinin müqavilənin
vaxtının uzadılması) vasitəsilə
Siz qənaət edəcəksiniz və sizin
maraqlarınıza maksimum cavab verən fərdi
sığorta proqramı almış olacaqsınız.
-
Sığorta haqqının hissə-hissə
ödənişi həyata keçirilə
bilər.
-
Bizim peşəkar ekspertlərimizin
məsləhətlərinə əməl
etməklə riskin səviyyəsini aşağı
salmış olacaqsınız.
-
Sığorta hadisəsi baş
verdiyi halda Paşa Sığorta
Şirkətinin ödəniş proseduru
sadə və ədalətlidir..
Müəssisənin mülkiyyətində
və ya sərəncamında olan, həmçinin,
icarəyə, lizinqə götürülmüş,
saxlamağa , girova və ya daşınmaq
üçün verilmiş əmlak sığortalana
bilər:
Bina;
Tikinti;
Maşınlar
və avadanlıqlar;
Ölçü
və tənzimləmə cihazları və
qurğular;
Hesablama
maşınları və orqtexnika;
Alətlər,
istehsal və təsərrüfat avadanlığı;
Sığorta
müqaviləsində qeyd olunmuş ərazidə
olarkən nəqliyyat vasitələri və
digər hərəkət edən maşınlar;
Tam
tikilməmiş obyektlər;
Məhsullar,
mallar, xam materiallar və s;
İnteryer
əşyaları və təmir, mebel;
Paşa Sığorta əmlakınızı
aşağıdakı risklərdən sığortalayır:
-
Yanğın;
-
İldırım vurması;
-
Məişət məqsədi
üçün istifadə olunan qazın
partlaması;
-
Havada idarə edilən uçan
obyektlərin, onların bir hissəsinin düşməsi;
-
Su borusu, qızdırıcı
və kanalizasiya və yanğınsöndürmə
sistemində qəza nəticəsində
daxili su basması;
-
Təbii fəlakətlər;
-
Buxar qazanının, qaz anbarının,
qaz borusunun, maşınların, apparatların
və digər analoji qurğuların partlaması;
-
Sındırmaq yolu ilə oğurluq,
soyğunçuluq (quldurluq);
-
Əmlakın məhv olmasına
və ya zədələnməsinə yönəlik
üçüncü şəxslərin
qeyri-qanuni hərəkətləri;
-
Pəncərə şüşəsinin,
güzgünün və vitrinin sınması;
-
Yükləmə-boşaltma işlərinin
aparılması zamanı zədələnmə
.
Sığorta hadisəsi ilə
yanaşı tüstü, yüksək hərarət,
qaz və hava təzyiqi kimi hallar nəticəsində
yaranan ziyanlar da təminat altına alınır.
Fərdi şəxslərin
əmlakının sığortası
Evdən daha vacib nə ola bilər.
Hər birimiz bu isti və rahat yuvanın qurulması
üçün az əmək sərf etmirik.
Bunun dəyərini sərf edilmiş maddiyyatla
ölçmək olmaz. Bizi əhatə edən
hər şey - öyrəşdiyimiz şərait,
öz əşyalarımız, sevdiyimiz ev
mühiti - bu bizim ahəngdar dünyamızın
hissələridir. Bizim ruhi sakitliyimiz bu dünyanın
stabilliyindən asılıdır.
Niyə görə bizə ən
vacib olan bir şeyi risk altında qoymalıyıq?
Sevdiyiniz, sizə əziz olan hər bir şeyin
qorunmağa ehtiyacı var. Şəxsi mənzil
əldə etmək - bu ancaq işin yarısıdır.
Əmlakınızın qorunması üçün
etibarlı partnyora müraciət etməniz
lazımdır.
Paşa Sığorta Şirkətində
sizə uyğun fərdı sığorta
proqramı ilə Siz öz mənzilinizi/evinizi
sığortala bilərsiniz. .
Sığorta obyekti sığorta
etdirənin sahiblik, sərəncamında və
ya istifadəsində olmasından yaranan mülki
maraqları təşkil edir. Sığorta
etdirən sahib olduğu, həmçinin, ona
etibar olunan, icarə, lizinq və girovda olan
əmlakı sığortalaya bilər.
Paşa Sığorta
öz müştərilərinə mənzillərini,
içindəki avadanlıqlarını və
ev əşyalarını kompleks şəkildə
sığortalamağı təklif edir. Həmçinin
Siz üçüncü şəxs qarşısında
mülki məsulıiyyətinizi də sığrtalaya
blərsiniz. Bilməyərəkdən qonşuyu
ziyan vurduğunuz halda bu sığorta şəhadətnaməsi
Sizi yaranan ziyanı aradan qaldırmaq üçün
ödəyəcəyiniz izafi xərclərdən
qurtarmış olacaq.
Əmlak sığortası üzrə
siz sığortalaya bilərsiniz:
Kottec, bağ evi, təsərrüfat tikililəri
(qarajlar, anbarlar, damlar və bu qəbildən
olan tikililər)
Təmirli
mənzil
Yaşayış
yerinin təmiri və avadanlıqları
Tam
tikilməmiş obyektlər
Ev
əşyaları:
-
Mebel;
-
Məişət, hesablama maşınları
və orqtexnika, tele, video və audio aparatlar;
-
Xalça, qab-qacaq, paltarlar və
s.;
-
Sənət əsərləri,
əntiq əşyaları, zərgərlik
malları və s.
Əmlak aşağıdakı
risklərdən sığortalana bilər:
-
Yanğın (genış yayılmlş
qarşısı alınmaz alov);
-
Su təchizatı, qızdırıcı
və kanalizasiya və s. sistemində qəza;
-
Təbii fəlakətlər;
-
Oğurluq, soyğunçuluq,
quldurluq və üçüncü şəxslərin
qeyri-qanuni hərəkətləri;
-
Uçan obyektlərin və ya
onların bir hissəsinin, hava nəqliyyat
vasitələrinin, ağacların və
digər predmetlərin düşməsi;
-
Partlayış və s.
|