Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 

 

    Məsuliyyət sığortası

Mövcud qanunvericiliyə əsasən fiziki şəxsin sağlamlığına və əmlakına və ya hüquqi şəxsin əmlakına zədə yetirmiş şəxs zərər çəkən tərəfi tam şəkildə kompensasiya etməyə məcburdur. Hüquqi şəxs işçilərinin öz vəzifə borclarını yerinə yetirərkən üçüncü şəxsə yetirdiyi xəsarətə görə məsuliyyət daşıyır.

Məsuliyyət sığortası bu öhdəlik ilə bağlı öz əmlak maraqlarınızı qorumağa imkan verir və sığorta etdirənin işçisinin üçüncü şəxsə təsadüfən vurduğu ziyana görə ona kompensasiya ödəyir. Bəzən dəymiş ziyanın məbləği böyük həcmdə ola bilər və bu sığorta olmadığı təqdirdə böyük maliyyə itkisinə səbəb ola bilər. Buna görə də məsuliyyət sığortası sığorta etdirəni yarana biləcək ziyandan qoruyan bir sığortadır.

Paşa Sığortada üçüncü şəxslər qarşısında mülki məsuliyyətinizi sığortaladığınız zaman nəinki dəymiş ziyan ödənilir, həmçinin, məhkəmə xərcləri, şikayətin həll olunması üçün digər xərclər şirkətimiz tərəfindən ödənilir.

 

Paşa Sığorta Şirkəti əmlakın istifadəsi, təhlükəli istehsal obyektləri, yüksək təhlükəli mənbələrdən istifadə, müxtəlif növ peşə fəaliyyətinin yerinə yetirilməsi, həmçinin, məhsulun, işin, xidmətin keyfiyyəti ilə bağlı məsuliyyət sığortasının daha geniş yayılmış növlərini təklif edir.

Mülki məsuliyyət:

Hansı fəaliyyət növü ilə məşğul olursanız olun əmlakın, binanın, tikintinin istifadəsi və saxlanılması zamanı üçüncü şəxslərə gözlənilmədən ziyan vurulması riski həmişə mövcuddur.

Əgər Sizin şirkət inşaat, istehsal və ya istismarla məşğul olursa, bu zaman sadalanan risklər yüksək təhlükə mənbəyi olan texniki vasitələr və mexanizmlərin istifadəsi ilə daha da artır.
Sığortanın bu növü ziyan vurduğu şəxsə kompensasiya ödəmək məsuliyyətinə əsaslanır Sığorta etdirən tərəfindən üçüncü şəxsə vurulmuş ziyanı kompensasiya etmək öhdəliyi yaranması nəticəsində sığorta hadisəsi yaranır.

Aşağıda sadalananlar nəticəsində üçüncü şəxsə ziyan vurulduğu təqdirdə sığorta hadisəsi hesab olunur:

  • yanğın;

  • nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin və digər yüksək təhlükə mənbələrinin toqquşması və qəzası və digər risklər;

  • borusu, kanalizasiya, istilik sistemi və yanğınsöndürmə sistemindən su basması;

  • tikintinin və ya onun bir hissəsinin uçması;

  • idman və kütləvi mədəniyyət mərasimlərinin təşkil olunması və həyata keçirilməsi;

  • reklam və bayramların bədii tərtibatı ilə bağlı atəşfəşanlıq, çıraqbanlıq və digər xüsusi effekt işlərinin təşkili və həyata keçirilməsi;

  • binanın, tikilinin, ərazinin saxlanılması və istifadəsi və digər bir sıra risklər

Misal üçün, əgər bir ofisdə elektrik çaydanı alovlanarsa və bu alov qonşuluqdakı əmlaka da keçərsə və nəticədə bütün bina yanarsa, yanğın baş verən ofisin sahibi yanğın nəticəsində zərər çəkmiş şəxslərə tam şəkildə kompesasiya ödəməyə borcludur.


Fiziki şəxslərin həyat və sağlamlığına dəymiş ziyana görə sığorta ödənişinə aşağıdakılar aiddir:

  • zərər çəkən şəxsin əmək qabiliyyətini itirməsi və ya şikəst qalması və ya aldığı digər zədə nəticəsində əmək qabiliyyətini azalması səbəbiylə itirdiyi qazancı, əmək haqqı;

  • sağlamlığının bərpa olunması üçün çəkilən lazımi xərclər (qidalanmanın gücləndirilməsi, sanator-kurort müalicəsi, kənar şəxsin qulluğu, protez qoyulması, nəqliyyat xərcləri, ödənişli tibbi xidmət və s.);

  • dəfnlə bağlı xərclər.


Peşə məsuliyyətinin sığortası:

Hər bir, hətta peşəkar mütəxəssisin də işində səhv edə bilmə riski mövcuddur. Üçüncü şəxsin həyat və sağlamlığına, əmlakına vurulan ziyana görə həmin mütəxəssisin işlədiyi təşkilat məsuliyyət daşıyır.

İnsanların öz hüqüqlarını bilmə səviyyəsinin artması, keyfiyyətsiz xidmət nəticəsində zərər çəkən şəxslərin şikayətlərinin sayının artmasına gətirib çıxarır.Və əlbətdə bu xidmət ödənişlidirsə, o zaman sikayətin qaldırılması riski daha da artır.

Dəyməş zərərin kompensasiya olunması üçün maliyyə itkisi ilə yanaşı digər xoş olmayan hallar da yaranır: zərər çəkmiş şəxslə danışıqlar, müstəqil ekspertizanın keçirilməsi, iş məhkəməyə çatdıqda isə - məhkəmə prosesində iştirak etmək üçün sərf edilən vaxt və vəsait. Bütün bunlar şirkətin imicinə təsir edir.

Peşə məsuliyyətinin sığortası vasitəsilə üçüncü şəxsin həyatına, sağlamlığına və ya əmlakına qəsdən vurulmayan ziyan riskini sığorta şirkətinə keçirmək olar. Sığorta müqaviləsinin olması şirkıtin öz peşə öhdəkliklərinə masuliyyətsiz yanaşması deyil, əksinə özünün biznes portnyorlarının maraqlarına qarşı vicdanla, rasional və məsuliyyətlə yanaşdığını göstərir. Hər kəs səhv edə bilər. Şirkətin də öz işçisinin mükəmməlliyinə arxalanmayaraq dəymiş ziyanın kompensasiya olunmasına zəmanət verməklə partnyorlarının maraqlarını qorumaq, onu öz kontraqentlərinin gözündə daha da etibarlı edir.

Sığorta obyekti şəxsin mülkiyyət maraqlarını deyil, sığorta etdirənin vurduğu ziyana görə zərər çəkmiş şəxsə aşağıda sadalananlarla bağlı kompensasiya ödəmək məsuliyyəti riskidir:

  • üçüncü şəxsə vurulmuş ziyan (əmlakına və ya sağlamlığına);

  • üçüncü şəxsə vurulmuş ziyana görə məsuliyyətdən irəli gələn məhkəmə və digər xərclər.

İşəgötürənin məsuliyyəti:

İşəgötürənin məsuliyyətinin sığortasının məqsədi işçilərinin öz vəzifə borclarını yerinə yetirərkən ölüm, əmək qabiliyyətinin itirilməsi, bədənə dəyən və ya digər zədələrə görə işəgötürənin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaranmış olan öhdəliyi üzrə maraqlarının təmin olunmasıdır.

Bu sığorta növü ilə həmçinin məhkəmə və bununla əlaqədar digər xərclər də qarşılanır. Bu sığorta növü ilə işçinin bədən xəsarəti alması, zəhərlənməsi, isti vurması, yanması, donması, elektrik vurması, yüksəklikdən düşməsi və s. risklərə qarşı sığortalanmaq olar.

Sığorta məbləği işçinin əmək haqqından asılıdır və müqavilə bağlanan zaman hər iki tərəf bu məbləği müəyyənləşdirir.

Həm əmək müqaviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən, həm də sifarişlə işləyən şəxslər bu sığorta növü üzrə sığorta olunanlar hesab olunurlar.

  © Pasha Insurance, 2006