Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Personalla iş

 

Paşa Sığorta şirkətində işdə əsas istiqamət peşəkarlıqdır - peşəkar məhsul, peşəkar xidmət və biznesin peşəkar şəkildə aparılması. Biz çox gözəl anlayırıq ki, şirkətin peşəkar fəaliyyətini onun işçiləri təmin edir, şirkətin bazardakı yeri və maliyyə göstəriciləri məhz işçilərin gündəlik işlərinin keyfiyyətindən asılıdır. Bizim şirkətin əməkdaşlarının - ölkənin sığorta bazarının peşəkarlarının - üzərinə Paşa Sığorta-nın inkişafı kimi vacib bir missiyanın həyata keçirilməsi düşür.

Ona görə də biz hər bir əməkdaşımızın işdə özünü maksimum şəkildə rahat hiss etməsinə və böyük bir zövqlə işləməsinə çalışırıq. Bu məqsədlə işçilər ilə iş sahəsində özündə bütün korporativ qaydaları cəmləşdirən "İşçinin inzibati məsələlər üzrə əl kitabı" işlənib hazırlanmışdır və bu Paşa Sığorta-da iş karyerasının inkişaf etdirilməsinə öz köməyini göstərir.

Paşa Sığorta-nın işçilərlə iş siyasəti hər bir işçinin biznes proseslərində olduğu kimi bizim korporativ həyatımızda da tam iştirak etməsini nəzərdə tutur. Məhz bu siyasətlə Paşa Sığorta-nın işçilər komandasının peşəkarlığına arxalana bilərik. Təbii ki, bu siyasət həmçinin təşkilatın əmək şərtlərinin uyğunluğunu və işçilərimizin əməklərinin qarşılığının yetərincə ödənməsini nəzərdə tutur.

Paşa Sığorta şirkətində iş dedikdə yalnız gündəlik biznes-proseslərdə iştirak etmək və biznesin gələcəkdə inkişafı üzrə müştərilərlə iş nəzərdə tutulmur, həmçinin, müntəzəm olaraq şirkətin hər bir işçisinin aktiv iştirak etdiyi treninqlər və tədrislər, şənliklər, idman yarışları və digər şirkət tədbirləri nəzərdə tutulur.

  © Pasha Insurance, 2006