Baş səhifə / ru / en

 
 

Korporativ
müştərilərə məsləhətlər

Fərdi
müştərilərə məsləhətlər

Məhsul və xidmətin
keyfiyyətinin idarə edilməsi

Sığorta
konsultantının çağırılması

 

 Şirkət haqqında


    Biznesə yanaşma

    Struktur

    Korporativ fəlsəfə

    Menecment

    Personalla iş

    İllik hesabat


Bizim ünvanımız:

Paşa Sığorta Şirkəti
Paşa ัenter,
L.Tolstoy küç., 170
Bakı AZ1000 Azərbaycan


Tel:
(99412) 598 18 03
Faks: (99412) 598 18 07

Sığorta Məsləhətləri Xətti:

(050/055) 263 88 08


E-mail: office@pasha-insurance.az

 

 

 


    Səfər sığortası

Məzuniyyətiniz yaxınlaşır və Siz xaricə turistik səfər etməyə hazırlaşırsınız. Siz öz səfərinizi əvvəlcədən planlaşdırmısınız və vaxtınızı gözəl, hələ uzun müddət sizin xatirələrinizdə qalacaq xoş təəsuratlarla dolu keçirmək istəyirsiniz.

Məzuniyyətiniz yaxınlaşır və Siz xaricə turistik səfər etməyə hazırlaşırsınız. Siz öz səfərinizi əvvəlcədən planlaşdırmısınız və vaxtınızı gözəl, hələ uzun müddət sizin xatirələrinizdə qalacaq xoş təəsuratlarla dolu keçirmək istəyirsiniz.

Elə bu halda əvvəlcədən əldə etdiyiniz sığorta təminatı, sizin köməyinizə gələcəkdir. Bu sığorta şəhadətnaməsi xarici səfərlərdə olarkən qəfil xəstəlik və ya zədə zamanı dünyanın istənilən ölkəsində gündə 24 saat tibbi yardımın təşkilinə və çəkilən xərclərin qarşılanmasına zəmanət verir.

Bu zaman siz istənilən vaxt (gündə 24 saat) beynəlxalq sığorta qrupu AXA Group ilə əlaqə saxlaya bilərsiniz və rusdilli operator sizə kömək etmək üçün bütün lazımı tədbirləri görəcəkdir.

Bu sığorta şəhadətnaməsi xaricə gedən istər fərdi şəxslər və ya turist firmalarının müştəriləri üçün, istərsə də ailəvi istirahəti sevənlər və iş adamları üçün nəzərdə tutulub.

Paşa Sığorta aşağıdakı məhdudiyyətsiz ödənişlərə təminat verir:

həkim xidməti və həkim tərəfindən yazılmış dərmanlar
xəstəxanada yatmaq və əməliyyat da daxil olmaqla bütün lazımı müayinə xərcləri
xəstəxanaya çatdırma və müalicə aldıqdan sonra vətənə təxliyə etmək
yeniyetmə yaşına çatmamış və nəzarətsiz qalmış uşaqları öz vətənlərinə gətirmək
təcili stomotoloji yardım
sığorta şəhadətnaməsində göstərilmiş kateqoriyaya uyğun olaraq digər xidmətlər


Diqqət!

Təhlükəli idman növü ilə məşğul olan və aktiv istirahəti sevənlər üçün xüsusi tariflərlə sığorta proqramnı təklif edirik.


Əgər səfər zamanı səhhətiniz pisləşərsə və ya xoşagəlməz insident baş verərsə, bu halda Sizə lazımı əlavə tibbi xidmət və xərclərərinizi qarşılayacaq bir tibbi xərclərdən sığorta şəhadətnaməsi lazımdır.

Tibbi xərclər bilavasitə tibb müəssisəsinə və ya sığorta olunan servis mərkəzi ilə əvvəlcədən razılaşmaq şərti ilə tibbi xərclərini özü ödədiyi halda siğorta olunana ödənilir. Lazımı yardımın təşkili və istənilən məlumatın verilməsi gün ərzində 24 saat servis xidmətləri tərəfindən həyata keçirilir. Servis xidmətinin telefon nömrəsi sığorta şəhadətnaməsində göstərilir. İstənilən növ səyahətlər üçün sığorta şəhadətnaməsi etibarlıdır.

Sığorta şəhadətnaməsinə aşağıdakı xərclərin ödənişi daxildir:

  • Tibbi xərclər

  • Tibbi daşınma xərcləri

  • Nəqliyyat xərcləri

  • Sığortalının ölümü halında repatriasiya (vətənə qaytarılması) xərcləri

  • Gün ərzində 24 saat servis xidmətləri

  • Əgər sığorta olunanın səfər etdiyi ölkə onun yaşayış yeridirsə və ya o, həmin ölkənin vətəndaşıdırsa, bu halda sığorta şəhadətnaməsi etibarsız hesab olunur.

 

 

  © Pasha Insurance, 2006