*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla

Təkrarsığorta

“PAŞA Sığorta” şirkətində bağlanılan sığorta müqavilələrinin etibarlılığı aparıcı mütəxəssislər tərəfindən hazırlanmış təkrarsığorta proqramı ilə təmin olunur.


Sığorta təminatı təqdim edərkən, “PAŞA Sığorta”-nın anderrayterləri yalnız riskin həcmini deyil, həmçinin onun şirkətin öz üzərində saxlanılması və ya təkrarsığortaya ötürülməsi zəruriyyətini dəyərləndirirlər.


Dəqiq ölçülmüş təkrarsığorta siyasətinin hesabına həm müştərinin, həm də “PAŞA Sığorta”-nın maliyyə maraqları müdafiə olunur. Dünyanın aparıcı sığorta şirkətləri ilə aparılan təkrarsığorta proqramı, həmçinin şirkətin öz maliyyə resursları Sizin risklərinizin etibarlı yerləşdirilməsinə zəmanət verir.


“PAŞA Sığorta” öz fəaliyyətində təkrarsığorta imkanlarından geniş yararlanaraq riskləri fakultativ və ya obliqator sxemlər əsasında təkrarsığortalayır.


2015-ci ilin Noyabr ayında “PAŞA Sığorta” əmlak / inşaat-montaj, yük və məsuliyyət sığorta növləri üzrə özünün ilk qeyri-mütanasib obliqator təkrarsığorta müqaviləsini bağlamışdır. Bu müqavilə 20 000 000 AZN məbləğinə qədər riskləri öz üzərində saxlamaq imkanı yaradır və Avropanın ən iri və yüksək reytinqə malik olan “Hannover Re”, “Trust Re”, “Polish RE” və “SCOR” şirkətləri ilə imzalanmışdır. Bu proqram çərçivəsində lider anderrayter qismində “Hannover Re” çıxış edir.


2016-cı ilin mart ayında “PAŞA Sığorta” əmlak / inşaat-montaj, yük və məsuliyyət sığorta növləri üzrə qeyri-mütanasib obliqator təkrarsığorta müqaviləsini yeniləmişdir. Bu müqavilə 30 000 000 AZN məbləğinə qədər riskləri öz üzərində saxlamaq, qəbul edilən riskləri avtomatik olaraq dünyanın qabaqcıl, iri və yüksək reytinqə malik olan “Hannover Re”, “Trust Re”, “Polish RE” şirkətlərində təkrarsığortalamağa imkan verir. Eyni zamanda qeyd olunan müqavilə ilə PAŞA Sığorta 60 000 000 AZN dəyərində öz portfoliosunu katastrofik risklərdən sığortalamaqla özünün və müştərilərinin yüksək stabilliyini qoruyub.


Obliqator və fakültativ təkrarsığorta imkanlarından istifadə edərək “PAŞA Sığorta” sizin risklərinizin qısa zamanda effektiv və etibarlı müdafiəsini təmin edir.