*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

1

Kampaniya

PAŞA Sığorta avtomobil sahibləri üçün “Yaz Fürsəti” hədiyyə kampaniyasına start verir.

Sığorta növünü seçin

Bağla

Missiyamız:


Bizim missiyamız maliyyə vəsaitlərimiz, işçilərimizin peşəkarlığı, qabaqcıl anderraytinq bacarıqları və qüsursuz müştəri xidmətləri vasitəsilə ən tələbkar müştərilərimizin gözləntilərini aşmaq və onların sadiq sığorta tərəfdaşına çevrilməkdir.


Gələcəyə baxış:


Bizim gələcəyə baxışımız əməliyyat mükəmməlliyinə nail olaraq regionun ən professional və etibarlı sığorta şirkətinə çevrilməkdir.


Dəyərlərimiz


- Dürüstlük

Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.


- Keyfiyyət

Kənardakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. Və işimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.


- Gəlirlilik

Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir.


- Əməkdaşlıq

Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.


- Sahibkarlıq ruhu

Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də, biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.

Bizimlə qalın

Yeniliklərimiz barədə mütəmadi məlumat əldə etmək üçün e-mail adresinizi qeyd edin