*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

Tərəfdaş və müştərilərimiz

Sığorta bazarında çalışdığı illər ərzində “PAŞA Sığorta” şirkəti həm Azərbaycan Respublikası ərazisində, həm də xarici ölkələrdə fəaliyyət göstərən bir çox təşkilat və müəssisələrlə çox yaxşı partnyorluq əlaqələri yaratmışdır. “PAŞA Sığorta” şirkətinin rəhbərliyi partyorlarla uzunmüddətli qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlıdır. Çünki, müştərilər şirkətin ən dəyərli qeyri-maddi aktivi sayılırlar. “PAŞA Sığorta” şirkətinin müştəriləri arasında çox sayda dünya şöhrətli brendlər vardır. Amma, buna baxmayaraq, şirkət nizamnamə kapitalının həcmindən və bazarda tanınması dərəcəsindən asılı olmayaraq hər bir partnyorunu dəyərli sayır.


“PAŞA Sığorta” biznesin və ictimai fəaliyyətin bütün növləri üzrə həllər işləyib hazırlayır. Şirkətin partnyorları və müştəriləri arasında neft-qaz və tikinti sferasından başlayaraq maliyyə və tibb sferalarına kimi iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri vardır. Lakin, hətta dayanıqlı, uzun illər ərzində sınaqdan keçmiş işgüzar əlaqələrə malik olmasına baxmayaraq “PAŞA Sığorta”, yeni partnyorluq münasibətləri üçün daima açıqdır. Şirkət potensial müştərilərlə dialoqa həmişə hazırdır.