Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkətinin fəaliyyətində korrupsiya, gizli sövdələşmə və rüşvətin hər hansı formasının mövcudluğu yolverilməzdir. Şirkət korporativ idarəetmənin ən yaxşı prinsiplərini rəhbər tutaraq bütün vəzifələrdə çalışan əməkdaşlara müştərilərdən, həmçinin şirkətlə işgüzar münasibətlərdə olan tərəfdaşlardan hədiyyə, pul və ya hər hansı əlavə vəsaitlərin alınmasını qadağan edən sığorta təcrübəsini tətbiq edir. PAŞA Sığorta olaraq bizim üçün rüşvət və korrupsiyanın hər hansı forması qəbuledilməzdir və hər zaman korporativ dəyərlərimizin korporativ kommunikasiyalar, induksiya təlimləri vasitəsilə tədricən əməkdaşlarımıza aşılanmasına çalışırıq və pul vəsaitlərinin tranzaksiyasına nəzarətlə bağlı müvafiq tədbirlər görürük. Şirkət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, nəzarət sisteminin təkmilləşdirilməsi üzrə dövlət siyasətini icra edən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinə müntəzəm olaraq hesabat verir.
PAŞA Sığorta beynəlxalq konvensiyalarda əks olunmuş prinsipləri tanıyır və 1948-ci ilə aid ümumdünya insan hüquqları bəyannaməsinin insan hüquqlarının mühafizəsi və təmin edilməsi müddəalarını qəbul edir. İnsan və əmək hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq qanunvericilik normalarına tamlıqla əməl edirik və fəaliyyətimizi onlara uyğun tənzimləyirik.