Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Bakı şəhərində nəqliyyatın idarə edilməsi sisteminin hal-hazırda öz keçid dövrünü yaşaması və bunun nəticəsində piyadalara zebra keçidində yol verməmək kimi yol hərəkəti qaydalarının sürücülər tərəfindən mütəmadi olaraq pozulması hallarının qarşısının alınması zərurətini nəzərə alaraq, sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə birgə Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində "Nümunəvi Sürücü" adlı social layihəyni keçirmişdir.
Bu layihə çərçivəsində nümunəvi avtomobil sürücüləri BDYPİ tərəfindən qeydiyyata alınaraq, ünvanlarına “təşəkkür məktubları” göndərilmişdir. Məktublar onlara PAŞA Sığorta şirkətinin könüllü sığorta məhsullarına 10%-dək endirimlərdən yararlanmaq imkanı da təqdim etmişdir. Qeyd olunan həvəsləndirmə tədbirlərinə əlavə olaraq “nümunəvi sürücülər”-in avtomobillərinin fotoşəkilləri layihənin rəsmi facebook səhifəsi olan https://www.facebook.com/Numunevisurucu-da yerləşdirilmişdir.