*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

MƏXFİLİK SİYASƏTİ

  • Hörmətli istifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə  təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.
  • “Məxfilik siyasəti” bu veb saytda toplanan məlumatlara aiddir və bu veb saytdan istifadə etməklə Siz “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq “PAŞA Sığorta” ASC yalnız Sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların “PAŞA Sığorta” ASC tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.


    1. Anlayışlar

  • Veb saythttps://www.pasha-insurance.az/
  • PAŞA Sığorta – “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti
  • Fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə         imkan verən istənilən məlumat
  • Xüsusi kateqoriyalı fərdi məlumatlar – fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə,           ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar
  • Fərdi məlumatların toplanılması – şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi
  • Fərdi məlumatların işlənilməsi – fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi)

    2. Fərdi məlumatları qoruma öhdəliyi

    Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.
    Əgər Siz artıq PAŞA Sığortanın müştərisisinizsə, sığortalı və ya sığortaolunan olaraq sığorta sirri təşkil edən fərdi məlumatlarınızı qorumaq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən PAŞA Sığortanın öhdəliyidir.

    3. Məlumat mənbələri

    Sizinlə bağlı toplanılan məlumatlar Sizə ən uyğun və yüksək səviyyəli xidmət təqdim etməyimizə və göstərilən xidmətlərin səviyyəsini artırmağımıza yönəlir. Bu məlumatlar aşağıda qeyd edilən formalarda əldə edilir:
    a. Sizin tərəfinizdən təqdim edilən məlumatlar
    Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təqdim etdiyiniz məlumatlardır. Sizə yüksək səviyyəli və ən əsası düzgün xidmət göstərə bilməyimiz üçün veb saytda Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Bundan başqa tələb etdiyiniz xidmətin təşkili üçün lazım olan məlumatları veb sayta daxil etmədiyiniz təqdirdə tələbinizi icra etməyin mümkün olmayacağını nəzərə almalısınız. Verdiyiniz məlumatların doğru və tam olmasına görə Siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi tələb etdiyiniz sığorta məhsulunun etibarlılığına, sığorta təşkilatı olaraq bizim və/və ya sığorta vasitəçilərimizin Sizə və/və ya sığortalıya qarşı olan məsuliyyətimizə və sığorta ödənişinə təsir edə bilər. Belə olan halda PAŞA Sığorta heç bir məsuliyyət daşımır. Yanlış və/və ya natamam məlumat daxil etməyiniz ucbatından PAŞA Sığorta üçün yaranacaq hər cür zərərə görə Siz məsuliyyət daşıyırsınız.

    b.Məlumatların avtomatik toplanması alətləri – Kukilər
    Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda Sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. PAŞA Sığorta bir çox veb saytlarda olduğu kimi veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.
    Bu veb saytdan istifadə edərək Siz PAŞA Sığortanın məlumatları müəyyən edildiyi kimi Sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki “Məxfilik siyasəti”ndə göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksionallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik

    c. Digər mənbələrdən əldə edilən məlumatlar
    Sığorta xidmətlərinin təşkil edilməsi, yeni sığorta hadisələrinin tənzimlənməsi və araşdırılması məqsədilə Sizin müvafiq dövlət orqanları, maliyyə bazarlarına nəzarət orqanı və İcbari Sığorta Bürosunun elektron informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olunmayan fərdi məlumatlarınız da toplanıla bilər.

    4. Hansı məlumatlar toplanacaq?


    a. Veb saytdan istifadə etdiyiniz zaman veb serverimiz avtomatik olaraq aşağıdakı təfərrüatları qeyd edir:

  • IP ünvanı;
  • İstifadə olunan brauzer proqramının növü;
  • Saytın istifadə etdiyiniz bölmələri;
  • Saytdan istifadənin tarixi və müddəti və sairə

    b. Eyni zamanda müxtəlif fərdi məlumatları toplayıb emal edəcəyik:

  • Ad, soyad və ata adı
  • Cins;
  • Ünvan;
  • Şirkət adı, sahibkarlıq fəaliyyəti və ya peşə;
  • Əlaqə məlumatları və sairə.

    c. Təklif etdiyimiz sığorta məhsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunları ilə xüsusi kateqoriyalı fərdi məlumatlar hesab edilən məlumatlar da tərəfimizdən qanunvericiliyə uyğun olaraq toplanacaq və işlənəcəkdir:

  • Ailə vəziyyəti;
  • Səhhətinizlə bağlı məlumatlar.

    5. Məlumatların işlənilməsi

    Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızı aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bir sıra məqsədlər üçün istifadə edəcəyik:

  • Sığorta müqaviləsinin tənzimlənməsi üçün (məsələn, istinad, anderraytinq,  sığorta iddialarına baxılması);
  • Bazar araşdırması, təhlil-analitik məqsədlər, proses, xidmət və məhsulların   təkmilləşdirilməsi üçün;
  • Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün;
  • Fırıldaqçılıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə monitorinq aparılması üçün;
  • Hər hansı bir qanuni öhdəliklərə (məsələn, vergi, mühasibat və inzibati öhdəliklər) riayət etmək üçün;
  • Sığorta sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə maliyyə bazarlarına nəzarət orqanının yazılı tələbi əsasında həmin orqana, habelə maliyyə bazarlarına nəzarət orqanının səyyar yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcılara təqdim etmək üçün.

    Müvafiq qanun və qaydaların Sizin razılığınızı almağımızı tələb etmədiyi hallar istisna olmaqla fərdi məlumatlarınız yalnız Sizin razılığınızla digər tərəfə ötürülə bilər.

    6. Məlumatları əldə edə bilən subyektlər

    PAŞA Sığorta olaraq fərdi məlumatlarınızı yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilərik:

  • Xidmətin təmin edilməsi məqsədilə fərdi məlumatlarınız PAŞA Sığorta tərəfindən      dövlət orqanları, texniki dəstək göstərmək üçün təyin edilmiş informasiya texnologiyaları üzrə fəaliyyət göstərən şirkətlər, sığorta agentlərimiz, digər sığortaçılar, müştərək sığortaçılar, təkrarsığortaçılar, brokerlər və banklara ötürülə bilər;
  • Məlumat prosessorları kimi fəaliyyət göstərən “PAŞA Holding” MMC və onun digər törəmə şirkətlərinə, texniki məsləhətçilərə, mütəxəssislərə, vəkillərə, həkimlərə, ekspertlərə, əməliyyatları yerinə yetirmək üçün xidmət göstərən şirkətlərə (IT, poçt) və sairə ötürülə bilər;
  • Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək, o cümlədən Sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən şikayət etdiyiniz təqdirdə müvafiq nəzarətedici orqanlara ötürülə bilər;
  • Səhhətinizin qorunması üzrə sığorta xidmətlərinin təşkil edilməsi məqsədilə  xüsusi kateqoriyalı məlumatlar həkimlərə və tibbi təminatçılara ötürülə bilər.
  • Fərdi məlumatlarınızı icazəniz olmadan öz marketinq istifadəsi üçün əlaqəli olmayan üçüncü tərəflərlə bölüşmürük.

    7. Digər veb saytlara keçid

    Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. PAŞA Sığorta digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli forma öz məlumat toplama və məxfilik siyasətinə sahibdirlər. Buna görə də bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.

    8. Digər istifadə şərtləri

    PAŞA Sığorta istənilən zaman və əvvəlcədən xəbərdar etmədən “Məxfilik siyasəti”nin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra Siz veb saytdan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz.
    PAŞA Sığorta veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin PAŞA Sığorta İstifadəçi tərəfindən veb sayta daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.
    PAŞA Sığorta öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.
    “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.