*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
10 Mart 2017

Avtomobilin icbari sığortasını onlayn olaraq www.pasha-insurance.az saytından əldə et.

PAŞA Sığorta şirkətinin müştəriləri avtomobilin İcbari sığortası şəhadətnaməsini www.pasha-insurance.azünvanından “Onlayn əldə et” panelinə klik edərək, ofisə yaxınlaşmadan bir neçə saniyə ərzində rahat şəkildə əldə edə bilərlər. Həmçinin müştərilər “Şəxsi Kabinet” bölməsinə daxil olaraq orada öz şəhadətnamələrini yoxlaya, çap edə və “Onlayn sığorta ödənişi” bölməsində sığorta haqqını ödədikdən dərhal sonra şəhadətnamə qüvvəyə minəcək və bununla müştəri oz vaxtına qənaət edərək şəhadətnamənin qüvvəyə minməsini gözləməkdən azad olur. PAŞA Sığorta şirkətindən onlayn olaraq sığorta şəhadətnaməsi əldə edən müştərilər gələcəkdə əlavə imtiyazlardan da yararlana biləcəklər.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti 8 mart Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır.