*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
18 Aprel 2017

Azərbaycanda ilk dəfə!

PAŞA Sığorta şirkəti ölkəmizdə ilk dəfə olaraq ölkə daxili səyahətlərə çıxan turistlərin könüllü tibbi sığortasına start verir.

Belə ki, artıq regionlara yola düşəcək həm xarici həm də yerli turistlər özlərini gedəcəkləri yerdə baş verəcək hər hansı bir sığorta hadisəsindən sığortalaya biləcəklər. Sığorta olunan şəxs vəziyyətindən asılı olaraq, ambulator və ya stasionar müalicə ilə təmin olunur.

Qeyd edək ki, Sumqayıt, Gəncə, Naxçıvan, Qəbələ, Bərdə, Xaçmaz, Mingəçevir, Qusar, Lənkəran, Tovuz bölgələrində yerləşən klinikalarda siz PAŞA Sığorta şirkətinin tibbi sığorta xidmətlərindən istifadə edə bilərsiniz. Klinikaların siyahısı ilə şirkətin rəsmi web saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Ağsu şəhərində yeni nümayəndəliyin açılışını keçirib