*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
07 Oktyabr 2024

PAŞA Sığorta “Məktəbli” sağlamlıq sığortasını əsas alaraq 50 uşaq üçün master klass keçirdi!

Həm böyüklər, həm də kiçiklər üçün müxtəlif sağlamlıq sığortası məhsulları təqdim edən PAŞA Sığorta bu dəfə “Məktəbli” sağlamlıq sığortasını əsas alaraq 50 uşaq üçün master klass keçirdi.

“Kinderland” əyləncə mərkəzində baş tutan bu master klassda uşaqlar heykəl boyama ilə öz bacarıqlarını nümayiş etdirdilər. Sonda isə tədbirdə iştirak edən hər bir uşaq PAŞA Sığortadan hədiyyələr əldə etdilər.

40 AZN-dən başlayan qiymətlə əldə edə biləcəyiniz və 4 fərqli paket şəklində təqdim edilən "Məktəbli" könüllü sağlamlıq sığortası ilə övladlarınızın sağlamlığını məktəb və ya məktəbə aid ərazilərdə təminat altına ala bilərsiniz. Müraciət etmək üçün: bit.ly/mektebli-sigortasi

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




Növbəti xəbər

PAŞA Sığorta sağlamlıq sığortası məhsullarında müəllimlərə özəl kampaniya elan edir!