*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
18 Oktyabr 2024

PAŞA Sığorta məktəblilərə özəl sığorta məhsulunda hədiyyəli kampaniya elan edir!

Hər yaş kateqoriyasını müxtəlif kampaniyalarla sevindirən PAŞA Sığorta bu dəfə məktəblilərə özəl “Məktəblİ” sağlamlıq sığortasında hədiyyəli kampaniya elan edir.

18 oktyabr- 18 noyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində “Məktəbli” sağlamlıq sığortasını əldə edən müştərilər məktəbli mağazasına 20 AZN-dək hədiyyə kartı qazanacaq. Qeyd edək ki, “Məktəbli” sağlamlıq sığortasının illik sığorta haqqı 40 AZN-dən başlayır.

Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://cutt.ly/VeFLRSSP

“Məktəbli” sağlamlıq sığortası məktəb dövrü ərzində şagirdlərin məktəbdə, məktəb ərazisində, ekskursiyalarda, hətta məktəbin servisində belə sağlamlığını təminat altına alır. Hər hansı problem anında PAŞA Sığortanın əməkdaşlıq etdiyi özəl və qabaqcıl klinikalar övladınıza xidmət göstərəcək, həmçinin sizi də əlavə tibbi xərclərdən azad edəcək.

Məktəblilər üçün nəzərdə tutulmuş bu məhsul “Variant A”, “Variant B”, “Variant C”, “Variant D” adlı 4 paket daxilində təqdim edilir. Valideynlər məktəbli övladları üçün illik cəmi 40 AZN-dən başlayan sığorta haqqı ödəyərək sağlamlıqları üçün 4000 AZN-dək təminat əldə edəcək.

Məktəblilərin rahat və sağlam məktəb ili keçirməsi üçün onları indidən sığortalamağı əldən verməyin. Bunun üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/mektebli-sigortasi keçidi ilə onlayn müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




Növbəti xəbər

PAŞA Sığorta Füzuli və Ağalı sakinləri üçün səyyar müayinələrin keçirilməsinə dəstək olub.