*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
14 Mart 2022

PAŞA Sığorta müştəriləri artıq sığorta məlumatlarını “Sığorta Kabinetim”də görəcək!

PAŞA Sığorta müştərilərin sığorta məlumatlarını daha aydın görə bilməsi üçün “Sığorta Kabinetim” adlı yeni platformasını təqdim edir. Müasir funksionallığı ilə fərqlənən yeni platforma müştərilərə sığorta məlumatlarını bir ünvandan rahatlıqla əldə etmək imkanı verir. İnnovativ platforma vasitəsilə müştərilər aşağıdakı funksionallıqlardan faydalana biləcəklər:

  • Aktiv və qüvvədən düşmüş sığorta şəhadətnamələrini görmə imkanı;
  • Mövcud sığorta üzrə sənədlər toplusunu görmə imkanı( şəhadətnamələr, əlavələr, zərər aktı, sığorta aktı);
  • Baş vermiş sığorta hadisələrini görmə və təmir prosesini izləmə imkanı;
  • Aktiv sığorta şəhadətnamələri üzrə ödəniş cədvəli ilə tanış olma və sığorta haqqı üzrə ödənilmiş və qalıq borcu görmə imkanı;
  • Qüvvədən düşmüş şəhadətnamələr üzrə tarixçə ilə tanış olmaq imkanı;
  • Həkimə yazılmaq üçün qeydiyyat imkanı;
  • Həkimə qeydiyyat üzrə tarixçəni izləmə imkanı;
  • PAŞA Sığortanın əməkdaşlıq etdiyi aptek, klinikaların əlaqə nömrəsi və ünvanı ilə tanış olma imkanı;
  • Aktiv kampaniyalar ilə tanış olma imkanı;
  • Şikayət və təklifləri birbaşa bildirmə imkanı;
  • Tez-tez verilən suallara cavab tapmaq imkanı;


"Sığorta Kabinetim" platforması ilə daha yaxından tanış olmaq və mövcud məlumatları görə bilmək üçün müştərilər PASHA Insurance online (pasha-insurance.az) keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Həmçinin, ASAN Login vasitəsilə platformada sadə qaydada qeydiyyatdan keçmək mümkündür.


Platforma haqqında ətraflı məlumat əldə etmək, həmçinin suallarına cavab tapmaq istəyən müştərilər PAŞA Sığortanın rəsmi vebsaytına, "Sığorta Kabinetim"ə, “Facebook” və ya “Instagram” sosial media hesablarına yazaraq müraciətlərini bildirə bilərlər. Eləcə də *7000 – Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya bilərlər.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta korporativ müştəriləri üçün “Cinema Day” tədbiri təşkil etdi!