*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
03 Oktyabr 2024

PAŞA Sığorta sağlamlıq sığortası məhsullarında müəllimlərə özəl kampaniya elan edir!

PAŞA Sığorta şirkəti  cəmiyyətimizə elm və təhsili bəxş edən, gələcəyimizi işıqlandıran dəyərli müəllimləri 5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə xüsusi kampaniya ilə sevindirməyə gəldi.

Belə ki, 3 -8 oktyabr tarixlərində könüllü fərdi sağlamlıq sığortası məhsullarından hər hansı birini əldə edən müəllimlər sığorta haqqına 30 % böyük endirim qazanacaq. Qeyd edək ki, PAŞA Sığortanın fərdi könüllü sağlamlıq sığortası məhsullarına “Ailə dostu”, “SağlamSən”, “Məktəbli” və “Kompakt” məhsulları daxildir.

“Ailə Dostu” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/0w0mc90f, “SağlamSən” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/1w0mc7To, “Məktəbli” sağlamlıq sığortasına müraciət etmək üçün cutt.ly/Mektebli-sigortasi, “Kompakt” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün isə cutt.ly/tw0mcKCd linkinə keçid edə bilərsiniz. Həmçinin, *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/VeOusvi9 linkinə keçid edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Növbəti xəbər

PAŞA Sığorta “Telesəhiyyə” xidmətini artıq fərdi müştərilərinə də təqdim edir!