*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
02 İyun 2021

“PAŞA Sığorta” şirkəti 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 110 şəhid övladını sevindirdi !

Fəaliyyət göstərdiyi illər ərzində korporativ sosial məsuliyyət layihələrinə böyük önəm verən “PAŞA Sığorta” şirkəti bu istiqamətdəki işlərini davam etməkdədir. Həyata keçirilən sosial layihələrdə uşaqların inkişafı, onların gələcək cəmiyyətimiz üçün faydalı bir fərd olaraq yetişməsi ilə bağlı olan fəaliyyətlər böyük bir yer tutmaqdadır.



1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “PAŞA Holding”in dəstəyi ilə “PAŞA Sığorta” şirkəti bu dəfə şəhid, qazi eyni zamanda, müharibədən zərər görmüş ailələrin 110 övladlarını sevindirdi. Bərdə Rayon İcra Hakimiyyətinin də dəstəyi ilə Bərdə rayonunda uşaqlar üçün əyləncəli proqram hazırlanmış, müxtəlif geyimlər, oyuncaqlar və uşaqların fərdi inkişafı üçün onlara fərqli kitablar hədiyyə edilmişdir.Tərtər rayonunda məskunlaşmış şəhid və qazi ailələri də şirkət nümayəndələri tərəfindən ziyarət edilmiş, ailələrin övladlarına hədiyyələr təqdim edilmişdir. Layihədə ümumilikdə şəhid, qazi və müharibədən zərərçəkən ailələrin 110 azyaşlı körpə və uşaqlar sevindirilib.



Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

“PAŞA Sığorta” könüllü tibbi sığorta məhsulunu “BirKart” ilə hissələrə bölərək əldə etmək imkanı təqdim edir.