*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
12 Noyabr 2021

PAŞA Sığorta və Bakı Dövlət Universiteti arasında memorandum imzalandı!

Gənclərin təhsilinə, gələcək inkişafına və insan kapitalına göstərdiyi diqqətə görə fərqlənən PAŞA sığorta şirkəti bu istiqamətdə yeni bir başlanğıca imza atıb.

Ölkəmizin ilk fəaliyyətə başlayan ali təhsil ocağı olan Bakı Dövlət Universiteti və qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti arasında 11 noyabr 2021-ci il tarixində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq sazişini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Tural Əliyev imzalayıblar.

Memorandum iki qurum arasında birgə fəaliyyət, ortaq layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında sığorta savadlılığının və biliklərinin formalaşdırılması, həmçinin inkişaf etdirilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, PAŞA Sığorta şirkəti tərəfindən müəyyənləşdirilmiş bilik və bacarığa malik olan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, könüllü təcrübə proqramlarının təşkil edilməsi və tələbələrin peşə təcrübəsinin artırılması, habelə şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi də gənclərin gələcək inkişafında mühim rol oynayacaq.


“Bu memorandum çərçivəsində iki qurum arasındakı əməkdaşlıq ixtisaslı kadrların yetişdirilməsinə imkan yaradacaq. Tələbələrin tədris həyatından iş həyatına daha rahat keçid etməsini, korporativ mühitə daha tez uyğunlaşmalarını təmin edəcək.”- deyə Tural Əliyev vurğulayıb.


“Qarşılıqlı əməkdaşlıq çərçivəsində PAŞA Sığorta şirkətində çalışan mütəxəssislər tərəfindən qonaq qismində mühazirələrin keçirilməsi, tələbələrin təcrübə proqramına cəlb edilməsi gənclərin gələcək inkişafı üçün uğurlu olacağını düşünürəm”-deyə rektor Elçin Babayev bildirib.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.