*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
11 Mart 2021

PAŞA Sığortada 15-ci ilə özəl 15 % endirim!

Yarandığı ilk illərdən etibarən bütün proseslərə müştəri mərkəzli yanaşan, müxtəlif kampaniya və məhsullarla rəqiblərindən fərqlənməyi hər zaman bacaran PAŞA Sığorta 15-ci yaşını qürurla qeyd edir!



15 il ərzində bizə güvənən və inamla yanımızda olan bütün müştərilərimizə bu etimad üçün minnətdarıq!
PAŞA Sığorta şirkəti olaraq 15 illik yubileyimiz münasibətilə ”15 üçün 15” kampaniyamızı təqdim edirik. Kampaniyamıza əsasən, istər könüllü əmlak, istərsə də könüllü avtomobil sığortası əldə etmək istəyən müştərilərimizin sığorta haqqına 15% endirim tətbiq ediləcək.



Belə ki, 9 mart – 9 aprel tarixləri arasında Tam KASKO sığortası üzrə sığorta haqqı 500 AZN və daha yüksək məbləğ təşkil edəcək fərdi müştərilərimiz bu endirimdən yararlana biləcək. Əmlak sığortası üzrə isə müştərilərimiz “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna aid olan “Zeytun”, “Cökə” və ya “Çinar” paketlərindən birini əldə etməklə sığorta haqqına 15% endirim əldə edəcək.



TAM Kasko sığortası müştərilərə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət risklərinə qarşı təminat vəd edir. Yaşıl Bakı” könüllü əmlak sığortası təminatlarına isə yanğın, ildırım düşməsi, məişət və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma, üçüncü şəxslərin hərəkətləri, təbii fəlakətlər, oğurluq, nəqliyyat vasitələrinin vurması kimi risklər daxildir.



Kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Kampaniyadan yararlanmaq üçün TAM Kasko sığortası üzrə https://bit.ly/2G0vqVy keçidi ilə, “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə isə https://bit.ly/OnlaynMüraciətEt keçidi vaitəsilə onlayn müraciət etmək mümkündür. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance ) yazaraq kampaniya haqqında ətraflı məlumat ala və ya müraciət edə bilərsiniz.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti müştəri məmnuniyyəti üzrə ISO 10002 sertifikatı əldə edən ilk sığorta şirkəti oldu!