*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
21 Dekabr 2020

PAŞA Sığortadan COVID-19 təminatlı yeni “COVID Yardım” tibbi sığorta məhsulu!

Gözlənilmədən ortaya çıxan bütün situasiyalara çevik şəkildə uyğunlaşan və hər zaman müştərilərin ehtiyac duyduğu məhsulları təqdim edən PAŞA Sığorta, gərgin keçən pandemiya dövründə həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVID Yardım” adlı yeni tibbi sığorta məhsulunu təqdim edir. Münasib qiymətlə təklif edilən məhsul sayəsində şirkət tibbi sığorta bazarındakı xidmətində fərq yaratmağa davam edəcək.

“COVID Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, 6 ay və 1 il müddətinə təklif edilir. Fərdi müştərilərimiz üçün məhsul üzrə sığorta haqqı, təminat müddətindən asılı olaraq, müvafiq şəkildə 159 AZN və 209 AZN təşkil edir.

Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.



Məhsul haqqında ətraflı məlumat, həmçinin, müraciət üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bundan əlavə, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və Instagram səhifələrinə yazmaqla da müraciət etmək mümkündür.

PAŞA Sığortanın sağlamlığınızın qayğısına qalacaq yeni məhsulu ilə virusa qarşı “neqativ” olun!

Növbəti xəbər

PAŞA Sığorta şirkəti cari ilin 11 ayı ərzində daşınmaz əmlak sığortası üzrə 702 563 AZN sığorta ödənişi həyata keçirmişdir.