Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta 22-30 yaş arası gənc sürücülər üçün yeni kampaniya təklif edir. "Gənc KASKO" kampaniyasına əsasən göstərilən yaş aralığında olan və avtomobilini Tam KASKO sığortası üzrə sığortalamaq istəyən avtomobil sahibləri 25% endirim qazanacaq. Kampaniya 05 avqust - 05 sentyabr tarixləri arasında qüvvədə olacaq.
Kampaniya yalnız 1 illik, sığorta haqqı 500 AZN və daha yüksək məbləğli, yeni və ya tarifə yükləmə edilməyən yeniləmə müştərilərə şamil edilir.
Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/menEyVLQ keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Növbəti xəbər
PAŞA Sığortadan KASKO sığortası üzrə “Yayın son fürsəti”!