*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
19 Avqust 2024

PAŞA Sığortadan KASKO sığortası üzrə “Yayın son fürsəti”!

PAŞA Sığorta nümunəvi sürücülər üçün Tam KASKO könüllü avtomobil sığortası üzrə endirim kampaniyası elan edir. Kampaniya şərtlərinə, əsasən, icbari sığorta üzrə sürücülük tarixçəsində qəza qeydə alınmayan müştərilər fərdi Tam KASKO sığorta məhsulunu 25%-dək endirimlə əldə etmək imkanına sahib olacaq.

Belə ki, 19 avuqst – 30 sentyabr tarixlərində icbari avtomobil sığortası üzrə Bonus- malus endirimi 5% və daha çox olan sürücülərə könüllü avtomobil sığortası üzrə endirim tətbiq olunacaq. İcbari sığorta üzrə 5%, 10%, 15%, 20% və 25% və daha çox  Bonus- Malus endirimi olan şəxslər Tam KASKO sığortası üzrə də müvafiq olaraq üzrə 5%, 10%, 15%, 20% və 25%  və daha çox  endirim əldə edəcək. Qeyd edək ki, kampaniya yalnız 1 illik, sığorta haqqı 500 AZN və daha çox olan mövcud Tam KASKO sığortası müştərilərinə şamil edilir. Yeni müştərilər üçün minimum sığorta haqqı tələbi 400 AZN-dir.

Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/oebWRmAu keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://cutt.ly/8ebHEVRW

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




Növbəti xəbər

PAŞA Sığortadan neft işçilərinə özəl 40 % endirim kampaniyası