*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
20 Sentyabr 2022

PAŞA Sığortadan zəhmətkeş neftçilərə özəl kampaniya!

PAŞA Sığorta ölkəmizin inkişafına, iqtisadiyyatına böyük töhfəsi olan neftçilərimizin zəhmətini hər zaman dəyərləndirir. Şirkətin sadəcə neft sektoru əməkdaşlarına özəl həyata keçirdiyi yeni kampaniyasına əsasən, Tam KASKO avtomobil sığortasını əldə etmək üçün müraciət edən neftçilərimiz sığorta məbləği üzrə 40% endirimdən faydalana biləcəklər.

Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance) göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta daha bir tenderin qalibi oldu!