*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
07 Oktyabr 2016

PAŞA Sığorta şirkəti Zaqatala rayonunda yeni nümayəndəliyin açılışını keçirdi.

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkətioktyabr ayının 7-i Zaqatala rayonunda yeni nümayəndəliyi müştərilərin xidmətinə verdi. Təntənəli açılış mərasimində PAŞA Sığorta ASC-nin departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak etdi. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Zaqatala rayonu, Faiq Əmirov küçəsi 48 ünvanında fəaliyyət göstərəcəkdir.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti daha bir sosial layihəni uğurla başa çatdırdı