*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
05 İyun 2016

PAŞA Sığorta şirkəti daha bir sosial layihəni uğurla başa çatdırdı

PAŞA Sığorta şirkəti 10 illik yubileyi ilə əlaqədar öz korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq təşkil etdiyi “10 yaşı olana pulsuz tibbi müayinə” adlı sosial kampaniyanı yekunlaşdırıb. Kampaniya 2006-cı ilin iyun ayında doğulan uşaqları əhatə etmişdir. Bu da təsadüfi deyil, çünki PAŞA Sığorta fəaliyyətini 2006-cı il iyun ayında başlamışdır.

Qeyd edək ki, Kampaniya iyun ayının 1-dən 30-na kimi davam etmişdir. Kampaniya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi dəstəyi ilə həyata keçirilmişdir. Kampaniyada iştirak edən şəxslər şirkətin rəsmi saytında (www.pasha-insurance.az ) yerləşən “10 yaşı olana pulsuz tibbi müayinə” adlı müraciət formasına daxil olub uşaqlar haqqında tələb olunan məlumatları daxil edərək kampaniyada iştiraklarını təsdiqləmişlər. İştirakçıların müraciətləri əsasında şirkət əməkdaşları onlarla əlaqə saxlayıb, layihə barədə ətraflı məlumat təqdim edərək ərizəçiləri müvafiq klinikaya yönləndirmişlər. Kampaniya tam ödənişsiz şəkildə həyata keçirilmişdir.

“Uşaqlarınızın sevinci, bizim sevincimizdir” şüarı altında aparılan kampaniyada müayinədən keçən hər bir uşağa xüsusi özəl hədiyyələr də təqdim olunmuşdur.PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət təşəbbüsünə sadiq qalaraq bu cür kampaniyaları gələcəkdə də davam etdirəcəkdir.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Şirvan şəhərində yeni nümayəndəliyinin açılışını keçirdi