*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
21 Sentyabr 2021

Vaksinli şəxslərə 20% endirimlə COVID Yardım sığorta məhsulu!

Daim müştərilərinin ehtiyaclarını və istəklərini nəzərə alan PAŞA Sığorta şirkəti yeni endirim kampaniyası ilə sərfəli “COVID Yardım” sığorta məhsulunu təklif edir. Belə ki, 30 sentyabr tarixinə qədər COVID-19  pasportunu təqdim edən müştərilər “COVID Yardım” sığorta məhsuluna 20% endirim əldə edəcək. Endirimdən əlavə olaraq, “COVID Yardım” məhsulunu əldə etmək istəyən müştərilər 12 ayadək faizsiz hissəvi ödənişdən də yararlana biləcəklər. Vaksini olmayan lakin, daha öncə könüllü tibbi sığortanı əldə etmiş müştərilərimiz də endirimdən faydalana biləcəklər.

Qeyd edək ki, həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVID Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, 6 ay və 1 il müddətinə təklif edilir.

Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Məhsul haqqında ətraflı məlumat, həmçinin, müraciət üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bundan əlavə, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və Instagram səhifələrinə yazmaqla da müraciət etmək mümkündür.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.





Növbəti xəbər

PAŞA Sığorta 22 İyul Milli Mətbuat Və Jurnalistika Günü münasibətilə tədbir keçirib.