Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkəti olaraq tibbi sığortalı müştərilərimizə ödənişsiz “Telesəhiyyə” xidməti təklif edirik. Həkimlərimizlə rahatlıqla əlaqə saxlaya biləcəyiniz bu xidmət sayəsində müayinə üçün evdən çıxmağa ehtiyac olmadan COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikası haqqında məsləhətlər ala biləcəksiniz.
İstirahət və bayram günləri istisna olmaqla, I-VI günlər saat 08:00-dan 22:00-dək həkim-terapevt və həkim-pediatrlarımız sizin və övladlarınızın sağlamlığı ilə bağlı istənilən suallarınızı cavablamaqla birlikdə, öz məsləhətlərini sizə bildirəcəkdir.
Psixoloqla konsultasiyası üçün isə əvvəlcədən qəbula yazılmaqla, I-V günlər saat 12:00-dan 16:00-dək əlaqə saxlaya bilərsiniz.
Müraciət etmək istəyən pasiyentlər +99412 404 44 99 və ya *1103 nömrəsi ilə əlaqə saxlayaraq aşağıdakı xidmətlərdən yararlana bilər:
Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.