Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
“PAŞA Sığorta” şirkəti tərəfindən təklif edilən fərdi qəza sığortası xidməti – kifayət qədər geniş yayılmış fərdi sığorta növlərinə aiddir. Fərdi qəza sığortası – müqavilə üzrə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi halında sığortalanmış şəxsə və yaxud onun varislərinə sığorta məbləğinin tam həcmdə və ya qismən ödənilməsini nəzərdə tutur. Sığorta şəhadətnaməsində qəzanın bütün mümkün nəticələri – məsələn, fiziki zədə və ya şikəstlik, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əlillik, ölüm kimi hallar – nəzərdə tutula bilər.