*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Karyera

Komandamıza qoşulun

SİZİN RAHATLIĞINIZ BİZİM ÜÇÜN ÖNƏMLİDİR... PAŞA Sığorta sizə bu ailənin bir parçası olmaq imkanı və karyeranızı güclü korporativ mədəniyyətə malik şirkətdə peşəkar komandanın bir üzvü olaraq davam etdirməyi təklif edir.


GENİŞ İMKANLAR VƏ DİNAMİK İNKİŞAF... Bizim komandaya qoşulmanın üstünlüyü karyera inkişafı üçün sərhədlərin olmamasıdır. PAŞA Sığorta əməkdaşların davamlı peşəkar inkişafı və uğurlarında maraqlıdır. Burada işləmək sizə geniş təcrübə qazanmaq və bilik və bacarıqlarınızı nümayiş etdirmək imkanı verir.


DAVAMLI DƏSTƏK... Biz əməkdaşlarımızı iş prossesinin davamlı olaraq inkişaf etdirilməsi üçün yeni təkliflərin verilməsinə və məsələlərin daha da optimal həlli üçün yeni perspektivlərin axtarılmasına həvəsləndirir və ruhlandırırıq.


LİDER OLMAQ ÜÇÜN HEÇ VAXT TEZ DEYİL... Biz öz bilik və bacarığını yüksək səviyyədə nümayiş etdirən, iş prosesi zamanı yaranan məsələləri həll edən və digər əməkdaşların öz potensiallarını üzə çıxarmaqda köməklik göstərən gənc istedadlara hər zaman LİDER olma imkanı yaradırıq.

Vakansiyaların siyahısı

Telesatış operatoru
  • Bakı
  • 2018-10-19 - 2019-09-30

Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir!


Biz, Azərbaycan dilində sərbəst danışan, yüksək səviyyədə ünsiyyət bacarığı olan və bu bacarığı telefonla satışda tətbiq etməyə həvəsi olan gəncləri axtarırıq.


Vəzifə və Öhdəliklər:

- Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;

- Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;

- Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;

- Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.


Tələb olunan bilik və bacarıqlar:

- Ali təhsil;

- Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;

- Dil bilikləri:

- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;

- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);

- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;

- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;

- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;

- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;

- Komanda ilə işləmək bacarığı.

İş şəraiti:


- İş rejimi - 5 iş günü 9:00-dan 18:00-dək

- 3 ay Sınaq müddəti (bu müddət ərzində - təlim və əmək haqqı nəzərdə tutulub)

- Əmək müqaviləsi


Özünü sınamaq istəyən hər kəs CV-sini mövzu bölümündə Telesatış operatoru yazaraq recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərər bilər.


Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı
  • Bakı
  • 2019-02-15 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi;

- Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;

- Yeni proqram təminatının yaradılması, mövcud olan proqram təminatının dəstəklənməsi;

- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.


Bilik və bacarıqlar:


- Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil;

- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları;

- Verilənlər Bazasının İdarəetmə Sistemləri: MsSQL

- C#.Net, ASP.net proqramlaşdırma, HTML, Jquery, CSS-lə işləmək bacarıqları

- Mobil tətbiq üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmək

- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.


Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.azünvanına göndərin

Bu vakansiyaya müraciət edin
Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis
  • Bakı
  • 2019-04-19 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, tələbnamə, məktub və s.) hazırlanması;

- Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;

- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;

- Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;

- Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;

- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti departament rəhbərlərinə təqdim edilməsi;

- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.


Bilik və bacarıqlar:


- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.

- Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.

- Ünsiyyət qurmaq bacarığı;

- Məsuliyyətlilik;

- Dəqiqlik;

- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;

- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.

- Komanda ilə işləmək bacarığı.


Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Satış kanalları üzrə assistent
  • Bakı
  • 2019-05-10 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.



Vəzifə və Öhdəliklər:

- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;

- Şirkətə müraciət edən müştərilərə mövcud QSWI-31 Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;

- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;

- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;

- Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;

- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi;

- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi;

- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.



Bilik və bacarıqlar:

- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Əmlak satışı istiqamətində çalışan namizədlərə üstünlük verilir.

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Satış sahəsi üzrə təcrübəsi olan namizədlər (xüsüsən sığorta sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)



Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Ağsu Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən
  • Ağsu
  • 2019-06-18 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Ağsu Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqəəqti icra edən vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.



Vəzifə və Öhdəliklər:

- Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi;

- İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə nizam-intizam qaydalrına ciddi riayət olunmasının təmin edilməsi;

- Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi;

- Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;

- Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunu aparılması;

- Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;

- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.



Bilik və bacarıqlar:

- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;

- Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Müştəri xidmətlər sahəsində minimum 2 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir;

- Sığorta sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.

- Ünsiyyət qurmaq bacarığı;

- Dəqiqlik;

- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;

- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Mübahisəli məsələləri idarəetmə bacarığı;

- Stressə davamlılıq;

- İdarəetmə bacarığı.



Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis
  • 2019-07-11 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- İnformasiya sistemlərinə (ERP, CRM və s.) dəstəyin göstərilməsi;

- İnsidentlərin və istifadəçi sorğularının qəbulu, təsnifatı, yönləndirilməsi və həll edilməsi;

- Sorğuların statuslarında dəyişikliklərin izlənilməsi və icra müddətlərinə nəzarət;

- İstifadəçi hesablarının idarə olunması;

- Mövcud səhvlərin aradan qaldırılması və mövcud səhvlərin aradan qaldırılması üçün sorğuların proqramçılara yönləndirilməsi və buna nəzarət;

- İnformassiya sistemlərinə edilən sınaq məqsədli dəyişikliklərin təşkili və buna nəzarət edilməsi;

- İnformasiya sistemlərinin istifadəyə yararlılığının monitorinqi və ən sürətli şəkildə bərpasının təşkil edilməsi;

- SLA reqlamentlərinin icrasını təmin edilməsi;

- Şirkətin informasiya təhlükəsizliyi qaydalarının icrasının təmin edilməsi;

- İstifadəçi təlimatlarının və F.A.Q.-ların tərtib edilməsi.

Bilik və bacarıqlar:

- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;

- Proqramlaşdırma bacarığı;

- T-SQL proqramlaşdırma üzrə biliklər;

- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları;

- Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;

- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər

- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Keyfiyyət və Müştəri Məmnuniyyətinin idarəolunması üzrə mütəxəssis
  • 2019-07-11 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Keyfiyyət və Müştəri Məmnuniyyətinin idarəolunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müştəri Xidmətləri Mərkəzlərinin fəaliyyətinin dəyərləndirilməsi;

- Telefon Mərkəzləri və Ön Masa işçilərinin zəng/vizit dəyərləndirmə formalarının həftəlik hazırlanması və işçilərin birbaşa rəhbərləri ilə paylaşılması;

- Ünsiyyət bacarığına dair yeni və təcrübəli əməkdaşların təlimatlandırılması;

- Şikayətlərin həlli ilə bağlı müvafiq koordinasiyaya dəstəyin göstərilməsi;

- Müştəri Xidmətləri Mərkəzlərinin əməkdaşlarının xidmət vermə fəaliyyətlərinə dair geribildirimlərin təqdim edilməsi və müvafiq inkişaf planlarının tərtibatında iştirak etmək;

- Müştəri Məmnuniyyəti üzrə hesabatların hazırlanması;

- Xidmət vermə prosesinin təkmilləşdirilməsi məqsədilə daima yeniliklərin təklif və tətbiq edilməsi;

- Xidmət vermə və korporativ etikanın gücləndirilməsi məqsədilə təlimlərin hazırlanması və keçirilməsi;

- Birbaşa rəhbər tərəfindən təqdim olunan tapşırıqları yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil;

- Dil bilikləri:Azərbaycan və rus dillərində sərbəst, İngilis dilində orta danışma və yazma bacarığı;

- Kompüter biliklləri: Microsoft office (Word, excel, powerpoint) programlarından istifadə bacarığı.

- Müştəri Məmnuniyyəti sahəsində ən az 2 il iş təcrübəsi;

- Müştəri Məmnuniyyəti ilə bağlı təlimlərdə iştirak;

- Səlis nitq, fikri aydın izah etmə bacarığı;

- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

- Analitik düşüncə qabiliyyəti;

- Araşdırma etmək bacarığı;

- Problemli situasiyaları həll etmək bacarığı;

- Geribildirim vermək bacarığı;

- Stressə davamlılıq;

- Komandada işləmək bacarığı;

- Yüksək korporativ mədəniyyət.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Müştəri münasibətləri və hüquqi təminat üzrə assistent
  • Bakı
  • 2019-08-07 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Müştəri münasibətləri və hüquqi təminat üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:

- Sığorta hadisələri üzrə ilkin sənədləşmənin və uçotun aparılması;

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;

- İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi;

- Sığortalı və onların nümayəndələri ilə birbaşa ünsiyyət prosesini və sənədləşmə əməliyyatlarını keyfiyyətli şəkildə təşkil edilməsi;

- İddiaların tənzimlənməsi prosesində müştərilər ilə görümək, onları maraqlandıran sualları cavablandırılması və digər məlumatları verilməsi;

- Öhdəliklərin icrası zamanı aşkarlanmış lazımi məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi;

- Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi..


Bilik və bacarıqlar:

- Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;

- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi;

- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilinin əsaslarını bilmək.

- Ünsiyyət qurmaq bacarığı.


Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Strateji idarəetmə üzrə baş mütəxəssis
  • Bakı
  • 2019-08-09 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Strateji idarəetmə üzrə baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Rəqabət strategiyasının seçilməsi prosesində iştirak etmək;

- Şirkətin strateji planının hazırlanmasında iştirak etmək;

- Strateji plan üzrə proqnoz, maliyyə göstəricilər modelinin hazırlanmasında iştirak etmək;

- Strateji planın icrası üzrə dövrü monitorinq aparmaq və nəticələr üzrə hesabat hazırlamaq;

- Əməliyyat planının hazırlanmasında və onun izlənilməsində iştirak etmək;

- Yerli və xarici Sığorta bazarları ilə bağlı araşdırmalar aparmaq;

- Daxili təlimat və qaydalara əsasən sənədlərin operativ və keyfiyyətli hazırlanmasını, onların icrasını və kargüzarlığın aparılmasını təşkil etmək;

- Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatların hazırlanmasını icra etmək.

Bilik və bacarıqlar:

- Riyaziyyat və ya iqtisadiyyat istiqamətində ali təhsil;

- Strategiya və araşdırmalar və ya modelləşdirmə üzrə ən azı 4 il iş təcrübəsi.

- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyinin olması arzu olunandır;

- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;

- Komandada işləmək bacarığı;

- Peşəkar təqdimat bacarıqları.

- MS Office üzrə qabaqcıl istifadə bacarıqları

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Ağsu nümayəndəliyində Qəza komissarı - assistent
  • Ağsu
  • 2019-08-09 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Ağsu nümayəndəliyində Qəza komissarı - assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;

- Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;

- Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;

- İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi;

- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;

- Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi;

- Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək;

- Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır;

- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil;

- Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;

- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus dili biliyinin olmasına üstünlük verilir;

- Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi;

- Ünsiyyət qurmaq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
İT biznes analitik
  • Bakı
  • 2019-08-09 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “İT biznes analitik” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;

- Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;

- Mövcud standartlara və metodologiyalara uyğun sənədlərin, texniki tapşırıqların, “test case”-lərin və İstifadəçi interfeysi təlimatlarının hazırlanması;

- Sistemlərin istifadəsi ilə bağlı problemlərin müəyyənləşdirilməsi, təhlili və sənədləşdirilməsi;.

Bilik və bacarıqlar:

- Tətbiqi riyaziyyat, İnformatika və ya iqtisadiyyat sahəsində ali təhsil;

- Dəqiqlik, diqqətlilik, planlama, üznsiyyətqurma və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

- Layihələrin idarə edilməsi üzrə təcrübə;

- Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları;

- JIRA, Confluence, MS Visio proqramlları üzrə biliklər;

- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

- Sertifikatların (CBAP, PMI-PBA) olması arzuolunandır;

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Maliyyə hesabatları üzrə baş mütəxəssis
  • Bakı
  • 2019-08-09 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;

- Kənar auditorların məlumat təminatında iştirak etmək;

- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək;

- Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;

- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;

- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;

- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;

- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqlarının məxfiliyinin lazımi səviyyəsinin qorunması;

- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Maliyyə istiqamətində ali təhsil;

- "Böyük Dördlük" Şirkətlərində 2-3 illik iş təcrübəsi vəya Maliyyə və MHBS hesabatlılığı sahəsində ən azı 5 il iş təcrübəsi.

- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyədə olması arzu olunandır;

- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

- Peşəkar sertifikasiyanın mövcudluğu arzuolunandır;

- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis
  • Bakı
  • 2019-08-09 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;

- Hadisə barəsində məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;

- Sığorta hadisələri üzrə sənədləşmənin və uçotun aparılması;

- Müvafiq dovlət orqanlarına və təşkilatlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;

- İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi;

- Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;

- Biznes sahəsində və ya müştərilər ilə minimum 1 il iş təcrübəsi.

- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi;

- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilinin əsaslarını bilmək.

- Ünsiyyət qurmaq bacarığı;

- Stressə davamlılıq.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Performansın idarəolunması üzrə baş mütəxəssis
  • Bakı
  • 2019-08-09 - 2019-09-30

PASHA Sığorta şirkəti Performansın idarəolunması üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

Əsas öhdəliklər:

- Əməkdaşların və komandaların PAŞA Sığortanın məqsədlərini anlaması, fərdi və komanda çıxışlarının PAŞA Sığortanın məqsədlərinə çatmasına necə töhfə verdiyini müəyyənləşdirmək üçün Performans İdarəetmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək; xüsusilə təşkilat daxilində biznes hədəflərini və əsas fəaliyyət göstəricilərini kaskad edərək fəaliyyət dövrünü idarə etmək;

- Əsas maraqlı tərəflərlə əlaqə quraraq məsələn, büdcə, strategiya və HR komandaları, strateji iş məqsədləri ilə insanların gündəlik fəaliyyət və vəzifələri arasında əlaqə yaratmaq; hədəfi təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;

- Təşkilat daxilində səyləri idarə etməklə və əlaqələndirməklə performansın idarə edilməsi və fəaliyyətin yaxşılaşdırılması proqramlarının işlənib hazırlanmasına və davam edən strateji zərurətlərə uyğun olaraq inkişaf üçün prioritetləri müəyyənləşdirən məlumatlara əsaslanan bir yanaşma istifadə olunmasına əmin olmaq;

- Təşkilat səviyyəsində səylərin performansın idarəedilməsi və performasın təkmilləşdirilməsi proqramlarının şirkətin davamlı olaraq strateji ehtiyacları ilə uyğunluq təşkil edən inkişafı üçün prioritetləri müəyyən edən məlumatlara əsaslanan yanaşmadan istifadə olunmaqla idarə və koordinasiya etmək;

- PAŞA Sığortanın korporativ mədəniyyətinə və fəaliyyətinə müsbət və ölçülə bilən təsir göstərmək üçün işçilərin və rəhbərliyin bütün səviyyələri üçün təşkilat səviyyəsində performans fəaliyyətini inkişaf etdirmək və idarə etmək;

- Performans qiymətləndirmə sistemində əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin və əsas dəyərlərin həyata keçirilməsinə nəzarət etmək.

Tələb olunan göstəricilər və bacarıqlar:

- İnsan Resurslarının İdarə edilməsi, Təşkilati İnkişaf, Sosial Elmlər, Biznes İdarəçiliyi, Dövlət Sektoru İdarəçiliyi və ya əlaqəli sahədə ən azı bakalavr dərəcəsinə sahib olmaq;

- İnsan Resurslarınin İdarə edilməsi üzrə əlavə professional ixtisas dərəcəsi/ sertifikasiya , performansın idarə edilməsi üzrə olması üstünlükdür.

- İnsan Resursları, xüsusən İşçilərin Performansının idarə edilməsi prosesləri və ya digər əlaqəli İnsan Resursları sahəsində ən azı 3 (3) illik iş təcrübəsinin olması

- Aparıcı Performans inkişaf proqramlarında təcrübə;

- Performans İdarəetmə proseslərini / fəaliyyətlərini dəstəkləyən HRIS alətləri ilə tanışlıq; Çox mədəniyyətli, mürəkkəb iş mühitində 360 dərəcə geribildirim proseslərinin idarə edilməsi;

- İnsanları idarəetmə nəzəriyyələri / prinsipləri haqqında bilik və anlayış və ən yaxşı təcrübələr əsasında başqalarına təlim vermək bacarığı;

- Müştəriyə və nəticələrə yönəlmiş fərdi “bacarmaq-etmək münasibət” saxlanılması

- Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq;

- Microsoft Office proqramlarını (xüsusilə EXCEL və Microsoft Powerpoint) mükəmməl bilmək

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Hüquqşünas/kiçik hüquqşünas
  • Bakı
  • 2019-08-16 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Hüquqşünas/kiçik hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;

- Şirkətdaxili normativ və kadr sənədlərinin (əmr, təlimat, protokol və s.) hazırlanması və/və ya hazırlanmasında iştirak;

- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;

- Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması;

- Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;

- Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə sığorta hadisələri üzrə işlər istisna olmaqla hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi;

- Maliyyə Monitorinqi üzrə müvafiq sənədlərin toplanması və reyesterin aparılmasının təmin edilməsi;

- Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;

- Daxil olan sorğulara əsasən tender üzrə hüquqi sənədlər toplusunun hazırlanmasında iştirak;

- Birbaşa rəhbərin tapşırığına əsasən müvafiq işlərin icra edilməsi.

Bilik və bacarıqlar:

- Ali hüquq təhsili;

- Sığorta sahəsində azı 1 il təcrübə;

- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyinin olması arzu olunandır;

- MS Office proqramları üzrə istifadə bacarıqları;

- Ünsiyyət qurmaq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Stressə davamlı;

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
İnsan resursları üzrə assistent/ təcrübəçi
  • Bakı
  • 2019-08-16 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “İnsan resursları üzrə assistent/ təcrübəçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müsahibələrin, imtahan və qrup çalışmalarının təşkil edilməsi;

- Müsahibədə iştirak etmiş namizədlərin qeydiyyat reyestrinin aparılması və namizədlərə müsahibə nəticələrinin göndərilməsi;

- Recruitment prosesinin optimizasiyasi layihəsinin icrasında dəstək olmaq;

- İşə qəbul sənədlərin toplanması və şəxsi faylların açılmasında dəstək olmaq;

- Müvafiq sənədlərin daxili elektron bazaya yükləmək;

- Korporativ tədbirlərin təşkilində dəstək olmaq;

Bilik və bacarıqlar:

- Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dili biliyinin olması arzu olunandır;

- MS Office proqramları üzrə istifadə bacarıqları;

- Təqdimat bacarığı.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Bərdə nümayəndəliyində Satış üzrə assistent
  • Bərdə
  • 2019-09-03 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Bərdə nümayəndəliyində Satış üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində çalışmaq;

- Şirkətə müraciət edən müştərilərə mövcud Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərmək;

- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim etmək;

- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirmək;

- Fərdi və bank müştərilərinə xidmət etmək, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;

- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər etmək və şəhadətnamələrin yenilənməsini təmin etmək;

- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərmək;

- Birbaşa tabe olduğu menecerin tapşırığı ilə digər işlərin həyata keçirmək.

Bilik və bacarıqlar:

- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Satış, Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir

Son müraciət tarixi: 30 sentyabr 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Qəza komissarı - assistent (çağrı mərkəzi)
  • Bakı
  • 2019-09-03 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Qəza komissarı - assistent (çağrı mərkəzi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;

- Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;

- Müştərinin müraciəti əsasında İMS Protech elektron bazasında hadisə üzrə müraciətin daxil edilməsi;

- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;

- Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;

- Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;

- Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;

- Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;

- Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazada və yerləşdirilməsi;

- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil;

- Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;

- Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan dilindən sərbəst istifadə etmə bacarığı, rus və ingilis dilinin işlək səviyyədə olması;

- Minimum 1 il iş təcrübəsinin olması arzu olunandır.

- Ünsiyyət qurmaq bacarığı;

- Problemlərin həlli bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Liderlik;

- Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Mühasib
  • Bakı
  • 2019-09-11 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Sığorta əməliyyatları və inzibati xərclər üzrə ödənişlərin icrasına nəzarət;

- Ödəniş prosesinin inkişafına dair yeni təkliflərin verilməsi, yeni nəzarət mexanizmlərin qurulması;

- Şirkətin tərəfdaşları ilə mütəmadi üzləşmələrin aparılması, uyğunsuzluqların araşdırılması;

- Avans hesabatlarına və ezamiyyətlərə, təhtəlhesab şəxslər ilə hesablaşmalara nəzarət;

- Ödənişlərlə bağlı sorğuların vaxtında cavablandırılması, ödənişlərdə gecikmələrin / sual / çətinliklərin araşdırılaraq həll edilməsi;

- Mühasibat uçotuna aid olan sənədlərin bütövlüyünün və tamlığının qorunması, sənədlərin arxiv üçün hazırlanması;

- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;

- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Maliyyə istiqamətində və ya digər texniki sahədə ali təhsil;

- Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;

- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi (xüsusi ilə Excel) üzrə yaxşı bilik və bacarıqlar;

- Dil bilikləri - Azərbaycan dilinin mükəmməl, ingilis və rus dilinin işlək səviyyədə olması;

- Stressə davamlı, komandada işləmək bacarığı.

Son müraciət tarixi: 30 sentyabr 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin

Bu vakansiyaya müraciət edin
Gəncə Nümayəndəliyində Qəza komissarı - assistent
  • Gəncə
  • 2019-09-11 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Gəncə Nümayəndəliyində Qəza komissarı - assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;

- Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;

- Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;

- İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi;

- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;

- Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi;

- Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək;

- Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır;

- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil;

- Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;

- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus dili biliyinin olmasına üstünlük verilir;

- Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi;

- Ünsiyyət qurmaq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Qəza komissarı - assistent
  • Bakı
  • 2019-09-11 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Qəza komissarı - assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;

- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;

- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;

- Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;

- Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;

- Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;

- Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;

- Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;

- Zərərə məruz qalmış əmlakların qiymətləndirməsi və təmiri prosesinə nəzarət etmək və qiymətləndirmə şöbəsi ilə razılaşdırmaq;

- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

- Ali təhsil;

- Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;

- Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;

- Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı, rus və ingilis dilinin işlək səviyyədə olması.

- Minimum 1 il iş təcrübəsi.

- Ünsiyyət qurmaq bacarığı;

- Problemlərin həlli bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Liderlik;

- Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 30 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Təkrarsığorta üzrə mütəxəssis
  • Bakı
  • 2019-09-16 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Təkrarsığorta üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Şirkətin xarici və yerli partynorlarından daxil olan sorğuları vaxtlı -vaxtında cavablandırmaq, riskləri təhlil etmək və nəticələr haqqında hesabat vermək;

- Şirkət daxildən təkrarsığorta şöbəsinə göndərilən riskləri qiymətləndirmək;

- Şirkətin siyasətinə uyğun olaraq risklərin təkrarsığorta şöbəsinə ötürmək;

- Gündəlik və aylıq hesabatları düzgün aparmaq, vaxtı-vaxtında rəhbərliyə təqdim etmək;

- Partnyorlarla işguzar görüşlər keçirmək və yeni partnyorlar cəlb etmək;

- Partnyorlarla bağlı sığorta hadisələrinin tənzimləməsi işində iştirak etmək;

- Təkrarsığortaya aid debitor borclar və kreditorlarla iş prosesinin tənzimləmək;

- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Bilik və bacarıqlar:

- Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);

- Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;

- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;

- Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.

- Analitik düşüncə tərzi, yüksək nitq qabiliyyəti və təqdimat etmə bacarığına malik olmaq.

Son müraciət tarixi: 30 Sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin
Korporativ Katib
  • Bakı
  • 2019-09-18 - 2019-09-30

“PAŞA Sığorta” ASC namizədləri Korporativ Katib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər:

- Sənədlərin, protokolların hazırlanması;

- Tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, əmr və göstərişlərinin icralarına nəzarət etmək;

- İdarə Heyəti sədrinin keçirdiyi qəbulların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;

- Şirkətin funksional bölmələrinin iclas və müşavirələrində iştirak etmək, görüşlərin nəticəsi barədə İH Sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək;

- Dövrü mətbuatda Şirkətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;

- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırmaq;

- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirmək.


Bilik və bacarıqlar:

- Ali təhsil (Hüquq, ədəbiyyat, jurnalistika istiqamətində arzuolunandır)

- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,

- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;

- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək;

- Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət

- Ofis proqramlarında işləmək bacarığı

Son müraciət tarixi: 30 sentyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu vakansiyaya müraciət edin

Müraciət üçün ərizə

CV-nizi bura yükləyin
File name

Yüklədiyiniz fayl doc, docx, PDF formatında olmaqla 2 MB-dan yuxarı ola bilməz.

Təşəkkür edirik!

Sizin ərizəniz uğurla göndərildi