*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla

Əməkdaşlar üçün üstünlüklər

Əməkdaşlar üçün üstünlüklər


PAŞA Sığorta şirkəti üçün əməkdaşların peşəkar və şəxsi inkişafı böyük önəm kəsb edir. Məhz bu səbəbdən hər bir yeni əməkdaş müvafiq sahələr (kommersiya, texniki, inzibati, kommunikasiya, ümumi biznes) üzrə bilik və bacarıqların əldə edilməsi məqsədilə xüsusi hazırlanmış təlim proqramında iştirak edir. Bununla yanaşı yeni öhdəliklər verilmiş və ya əlavə bacarıqların inkişaf etdirilməsi tələb olunan əməkdaşların şirkətdaxili və ya şirkətxarici təlimlərdə iştirakı PAŞA Sığorta tərəfindən təmin edilir.


Sağlamlıq, təhlükəsizlik və həyat keyfiyyəti


PAŞA Sığorta bir sığorta şirkəti olaraq əməkdaşlarının qayğısına qalır və onları xəstəxanada müalicə və digər bu kimi xərcləri qarşılayan tibbi sığorta paketi ilə təmin edir.


Bundan əlavə, ilk iş günündən etibarən şirkətdə hər bir əməkdaş istehsalat hadisələri və peşəkar fəaliyyətdən irəli gələn xəstəliklərə görə əmək qabiliyyətinin itirilməsindən sığortalanıb. Şirkət əməkdaşlarının və müştərilərin sağlamlığının təmin olunması məqsədilə rəhbərlik tərəfindən Əməkdaşın Davranış Qaydalarında siqaretin qadağası ilə bağlı siyasət də vurğulanıb.


Təhlükəsiz və pozitiv iş mühitinin formalaşdırılması PAŞA Sığorta üçün mühüm məqamlardan biridir. Müştərilərin və əməkdaşların, o cümlədən onlar üçün dəyərli olan əşyaların qorunmasını təmin etmək üçün şirkət fiziki və texniki təhlükəsizlik, yağından müdafiə və bu kimi digər tədbirlər planına riayət edir. Bütün mühafizə və təhlükəsizlik tədbirləri müvafiq qanunvericilik normalarına tamlıqla cavab verir.


Peşəkar Davranış Mədəniyyəti


PAŞA Sığorta şirkət daxilində şəffaf və açıq kommunikasiyalar mühiti formalaşdırır. Mütəmadi olaraq əməkdaşların məmnuniyyəti ilə bağlı sorğular keçirilir və nəticələr şirkət kollektivinə təqdim olunur. Hər bir əməkdaşın məlumatlı olması, hədəflərə çatmaqda iştirakı üçün şirkət korporativ fəaliyyət fəlsəfəsini, missiya və dəyərləri təşkil olunan görüşlər, iclaslar, tədbirlər və s. zamanı kollektivə aşılayır.


Şirkət daxilində əməkdaşların əhval-ruhiyyəsinin yüksəkliyini təmin etmək üçün PAŞA Sığorta fəal şəkildə iş və həyat balansı prinsipini təbliğ edir. Əməkdaşlar fərdi və ya komanda şəklində şirkət tərəfindən təşkil olunmuş idman tədbirlərində iştiraka dəvət olunurlar. İş şəraitində sağlam və xoş ab-havanın yaradılması üçün PAŞA Sığorta mütəmadi olaraq korporativ şənliklər, komanda ruhunun möhkəmləndirilməsi üçün fəallıqlar və mədəni tədbirlər təşkil edir.


2014-cü ildən etibarən hər ilin may ayının ilk şənbə günü şirkətin işçilərə olan diqqətini nümayiş etdirmək üçün Əməkdaşlara Təşəkkür günü qeyd olunur. Bir şirkət olaraq PAŞA Sığorta hər zaman gənc nəslin bütün fəaliyyətlərini dəyərləndirməklə onları dəstəkləyir və bunun nəticəsi olaraq mütəmadi şəkildə tələbə, həmçinin məzunlar üçün təcrübə proqramları təşkil edir.

PASHA chatSualınız var?