*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
03 November 2016

PAŞA Sığorta şirkətindən yenilik!

PAŞA Sığortada artıq sığorta şəhadətnaməsi üzrə ödənişi bir neçə saniyyədə daha asan yolla həyata keçirmək imkanı yarandı.

Artıq PAŞA Sığorta şirkətinin müştəriləri İcbari sığorta şəhadətnaməsi üzrə ödənişləri həyata keçirmək üçün onlara daha uyğun olan ödəniş vasitəsindən istifadə edə bilərlər:

  • Express Pay ödəniş terminalları. PAŞA Sığorta şirkətinin bütün ofislərində Express Pay terminalları mövcuddur və İcbari sığortalar üzrə ödənişi ofisdən kənarlaşmadan asan şəkildə heyata keçirmək mümkündür.
  • Rəsmi internet səhifə. İstifadəçilərwww.pasha-insurance.az saytına daxil olaraq Online Sığorta Ödənişi panelinə klik edib Hökümət Ödəniş Portalı sisteminə daxil olaraq ödəniş edə bilərlər. Həmçinin müştərilər Şəxsi Kabinet bölümünə daxil olaraq orada öz şəhadətnamələrini yoxlaya və ya çap edə bilərlər.
  • Azərpoçt məntəqələri
  • Bank ofisləri
  • ASAN xidmət məntəqələri

Qeyd edək ki, müştərilər 1 noyabr tarixindən bu imkanlardan yararlana bilirlər.

Əlavə etmək lazımdır ki, PAŞA Sığorta şirkətinin Elektron sığorta müqaviləsinin əsas üstünlüklərindən biri budur ki, sığorta haqqı ödənildikdən dərhal sonra şəhadətnamə qüvvəyə minəcək və bununla müştəri oz vaxtına qənaət edərək şəhadətnamənin qüvvəyə minməsini gözləməkdən azad olur.

Ümid edirik ki, istifadəçilər şirkətimizin yaratdığı bu imkandan məmnun qalacaqlar.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Next news

PASHA Insurance has opened its new representative office in Zaqatala District.