*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
07 October 2021

Nuranə Teymurova: PAŞA Sığortada məhsul yaradılan zaman müştərilərimiz proseslərin tam mərkəzində yer alır!

Salam. Zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz. 


Salam. Xoş gördük. Mən Nuranə Teymurova, artıq 6 ildən çoxdur ki, PAŞA Sığorta ailəsinin üzvüyəm. Hazırda PAŞA Sığorta şirkətinin Agile Transformasiyası üzrə rəhbəriyəm. Bu fəaliyyətimə başlamazdan öncə PAŞA Sığortada Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmışam.


“PAŞA Sığorta”-da Agile Transformasiyasına keçid prosesi haqqında maraqlanırdım. Hazırda bununla bağlı vəziyyət necədir?

İlk öncə onu qeyd etmək istərdim ki, şirkətimiz artıq 1 il yarımdır ki, Agile transformasiyasını həyata keçirir. Nəzərinizə çatdırmaq istərdim ki, PAŞA Sığorta ölkəmizdə qeyri-həyat sığorta bazarında bu transformasiyanı həyata keçirən ilk sığorta şirkəti olmuşdur. İlkin olaraq əmlak və avtomobil sığorta növləri üzrə başlayan bu keçid, tibbi sığorta blokunun yaradılması ilə davam etdi. Hazırda rəqəmsal sığorta platformalarının yaradılması üzrə də çevik fəlsəfənin tətbiq edilməsi ilə bərabər mövcud proses daha da sürətlə irəliləyir.

Şirkətimizdə transformasiyanın uğurlu olmasının əsas səbəblərindən biri odur ki, bu proses bizdə mərhələli şəkildə və könüllü əsaslarla başladı. Yəni, keçid zamanı əməkdaşlarımızın qarşısına heç bir tələb yaxud məcburiyyət qoyulmamışdır. Bundan əlavə, Agile komandalara keçid edən əməkdaşlarımıza biz ilk öncə Agile zehniyyəti, şirkətimizdə çevikliyin hansı formada mümkün ola biləcəyi ilə bağlı təlimlər keçir, daha sonra onlara iş prosesini Agile idarəetməsinə uyğunlaşdırmaları üçün lazımi dəstəyi göstəririk. Təbii ki, transformasiya zamanı rəhbərliyin əməkdaşlara lazım olan dəstəyi göstərməsi, səlahiyyətləri könüllü olaraq onlara ötürməsi, təklif edilən yeniliklərə və eksperimentlərə açıq olması bizi daha həvəsli olmağa, işimizdə isə daha uğurlu addımlamağa təşviq etdi.

Şirkətimiz üçün yüksək əhəmiyyət kəsb edən bu keçid zamanı dünya praktikasında mövcud olan ən effektiv nümunə və təcrübələri analiz etdik. Bunun nəticəsində, menecment və konsaltinq sahəsində fəaliyyət göstərən dünyaca məşhur “McKinsey & Company” şirkətinin təcrübəsindən geniş miqyasda yararlandıq. Əlavə etmək istərdim ki, mütəmadi olaraq ING, Allianz, Türk Telekom, Garanti Bank kimi Agile transformasiyasını uğurla həyata keçirən iri şirkətlərlə təcrübə mübadiləsi aparırıq.



Hansı dəyişiklər olub?

Transformasiyanın şirkətimizə gətirdiyi əsas dəyişiklik bundan ibarətdir ki, hər hansı bir məhsulun yaradılması zamanı heç bir komanda bir-birindən asılı vəziyyətdə qalmır, bu da öz növbəsində vaxt itkisinin və bürokratik amillərin ciddi dərəcədə qarşısını alır. Bundan əlavə , yaradılan məhsulun hər mərhələsində, həmçinin təqdim olunan kampaniyalarda müştəri rəyi nəzərə alınır və birbaşa proseslərə əlavə edilir. Komanda işi olduğu üçün hər bir üzv hazırlanan məhsulu həqiqətən sahiblənir, və təşkilatın ortaq maraqlarını müdafiə etmək üçün əlindən gələn səyi göstərir. Agile idarəetmənin də əsas məqsədi məhz elə budur: Bütün prosesləri çevik şəkildə yönləndirmək.


Agile idarəetmə prinsipi bizə əməkdaşlarımızın motivasiyasının və məhsuldarlığının artırılması üçün lazımi şərait yaradır. İş prosesində lazım olan bütün resurslar eyni komandada yer aldığı üçün yeni məhsul və kampaniyalar daha tez müddətdə təqdim edilir, bütün qərarlar komanda üzvləri tərəfindən birlikdə alınır. Agile idarəetməsində komanda üzvləri arasında münasibət əməkdaşlıq və şəffaflıq üzərində qurulub.


Biz müştərilərlə aparılan davamlı sorğular və onların fikirləri haqqında əldə etdiyimiz məlumatlar əsasında onların tələb və istəklərinə uyğun hər bir məhsul üçün xəyali bir müştəri obrazı yaradırıq. Bu proses bizə məhsulu real müştəriyə təqdim etməzdən öncə onu sınaqdan keçirib, lazımi dəyişiklikləri etməyə imkan verir, və müştəriyə dəyər qatır. Belə ki, biz müştərilərimizi məhsul yaratma prosesinə birbaşa cəlb edərək, müştəri məmnuniyyətinin dayanıqlılığını təmin edirik.



Cari ilin sonuna kimi yeni layihə ilə bağlı proqnozlar necədir?

İndiki halda biz mərhələli olaraq Agile idarəetməsinə keçidi planlayırıq. Cari ilin sonuna kimi müştəri səyahətini daha da asanlaşdırmağı hədəfləyirik.Biz müştərilərimiz üçün əminlik yaradan və yüksək keyfiyyəti təmin edən xüsusi sığorta həlləri təklif edərkən Agile metodologiyasinı tətbiq etməyə çalışırıq.Başqa sözlə desək, Agile idarəetmə prinsipinə keçid bizim üçün dəyişkən mühitdə daha effektiv fəaliyyət göstərmək, müştəri yönümlü olmaq, daha qısa müddətdə məhsul təqdimatını həyata keçirmək və əməkdaşlarımızın potensialına inanaraq onlarda sahibkarlıq ruhunu ortaya çıxarmaq, həmçinin komanda üzvlərimizin məmnun və məhsuldar fəaliyyətini təmin etmək üçün şərait yaradır.


 Kasko sığortası ilə bağlı kampaniyalarınız var. Onlar haqqında ətraflı məlumat verərdiniz zəhmət olmasa.

Kampaniyalarımız ümumi və ya müəyyən seqmenti hədəfləyən təkliflər olaraq müştərilərə təqdim edilir. Hazırda PAŞA Sığortada hər iki istiqamət üzrə müxtəlif kampaniyalarımız mövcuddur.
Neftçilərimizə özəl olaraq Tam Kasko sığortasına 40% endirim kampaniyası aktivdir ki, iş yerinə məxsus sənədi göstərməklə neftçi olduğunu təsdiq edən hər kəs bu fürsətdən yararlana bilər. Bundan əlavə, “Qızıl payızda qızıl təklif” adlı kampaniyamız mövcuddur ki, PAŞA Sığortadan 500-2500 AZN aralığında sığorta haqqı ilə Tam KASKO sığortası əldə edən müştərilər 100 AZN dəyərində hədiyyə kartı və ya endirim, 2500 AZN və daha yüksək sığorta haqqına malik olan müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya endirim qazanacaq.
Bunlardan əlavə, il ərzində şirkətimizdə əmlak və tibbi sığorta üzrə sərfəli kampaniyalar həyata keçiririk.


Sığorta bazarında hansı problemləri görürsünüz?
 
İndiki şəraitdə əhalinin sığorta haqqında, xüsusilə əmlak sığortası barədə az məlumata sahib olması başlıca problemlərdən biridir. Müşahidələrimiz onu göstərir ki, əhali üçün sığorta maariflənməsi tədbirlərini artırmaq lazımdır. Məsələn, avtomobil sığortası dövlət tərəfindən tənzimləndiyi üçün insanlar icbari sığorta əldə edir, və könüllü sığorta əldə etməyə istəkli olmurlar. İcbari əmlak sığortası üzrə göstəricilər isə daha da aşağıdır. Əmlak sığortasının minimal sığorta haqqı ilə minimum 25 000 AZN sığorta təminatı ilə təklif edilməsinə baxmayaraq, insanlar öz əmlakını sığortalamağa istəkli deyillər.

Hazırda sığorta maarifləndirilməsi istiqamətində PAŞA Sığortanın bir neçə layihəsi mövcuddur.
Onu da qeyd edim ki, ASA-nın da sığorta hadisəsi qarşısı alınması istiqamətində sığorta şirkətləri ilə birlikdə həyata keçirdiyi layihənin gerçəkləşməsi üzərində də işlərimiz davam edir.


 “PAŞA Sığorta” olaraq illərdir həm sığorta yığımlarında, həm də ödənişlərdə yüksək nəticə göstərirsiniz. Bu nə ilə bağlıdır? Təcrübənizi bölüşə bilərsiniz?

İlkin olaraq bildirmək istərdim ki, bunun ən əsas səbəbi şirkətimizdə çalışan peşəkar əməkdaşlarımızdır. Yatırımımızın ən böyük hissəsini əməkdaşlarımız üçün sərf edirik, və bu uğurumuzun başlanğıcıdır.

Təbii ki, şirkətimizin müştəri məmnuniyyətinə verdiyi önəm də burada vacib rol oynayır. Əlavə olaraq,  bu uğurlu fəaliyyətimiz həm xidmət keyfiyyətinin, həm də sadiq müştərilərimizin bizə olan inamınının nəticəsidir. Şirkətimizdə baş verən bütün proseslərdə əsas mərkəzimiz müştərimiz və onun məmnuniyyətidir. Bunun göstəricisi olaraq müştərilərimiz də məmnun qaldıqları sığorta şirkətini seçirlər. Həmçinin, mütəmadi olaraq təşkil olunan kampaniyalar da sərfəli qiymətlə sığorta əldə etmək istəyən müştərilərin ilk seçimi olmamıza səbəb olur. Biz PAŞA Sığorta şirkəti olaraq bazar tələblərinə və müştəri istəklərinə uyğun şəkildə çevik dəyişimə hər zaman hazırıq.







 

Next news

PAŞA Sığorta Qarabağ Dirçəliş Fondu tərəfindən “İanə Sertifikatı” ilə təltif edildi.