*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
09 February 2023

PAŞA Holding və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə etdi.

Bildiyiniz kimi, bir neçə gün bundan öncə qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olmuş, yaralanmış və evsiz qalmışdır.

Zəlzələ zamanı zərər çəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna - Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) - hərəsinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayırıq” - PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Next news

PAŞA Sığorta ADA Universiteti ilə birgə “Sığortaçı Məktəbi” adlı təlim layihəsinin açılışını həyata keçirdi.