*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

07 August 2019

PAŞA Sığorta AFFA ilə birgə “Məhəllə Futbolu” layihəsinə start verir

“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə PAŞA Sığortanın dəstəyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə “Məhəllə Futbolu” layihəsinə start verilir.

Layihə sakinlərin futbol oynaması üçün Bakıda və ölkənin müxtəlif regionlarında olan həyətlərdə səyyar futbol meydançalarının quraşdırılmasını nəzərdə tutur. Bu il “Məhəllə Futbolu”nun ilk məntəqəsi kimi Yeni Günəşli qəsəbəsində yerləşən “D Park” ərazisi seçilib. Sözügedən ərazidə quraşdırılan səyyar meydança iki həftə ərzində tam ödənişsiz olaraq əhalinin istifadəsində qalacaq. Meydançada AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən təmənnasız futbol dərsləri də keçiriləcək. Həmçinin əhalinin futbola marağını artırmaq məqsədilə mütəmadi olaraq milli komandamızın üzvlərinin meydançanı ziyarət edərək məhəllə sakinləri ilə birgə futbol oynayıb master-klass keçməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il layihə çərçivəsində yenilik olaraq səyyar meydançada həm oğlanlar, həm də qızlar üçün maraqlı fəallıqların və yarışların keçirilməsi planlaşdırılır.

Səyyar meydançanı öz məhəlləsində görmək istəyənlər, PAŞA Sığorta və ya AFFA-nın rəsmi Facebook səhifəsi, o cümlədən marketing@affa.az ünvanı vasitəsilə müraciət edə bilərlər. Meydançanın quraşdırılması üçün əsas şərtlər ərazinin 25x18m ölçülərində düz səthə malik olması; quraşdırılan meydançanın məhəllə sakinlərini narahat etməməsi və məhəllə sakinlərinin, onların avtomobillərinin hərəkətinə maneə törətməməsidir. Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.

İlk dəfə 2016-cı ildə Bakıda reallaşdırılan “Məhəllə Futbolu” layihəsi 2017-ci ildən etibarən PAŞA Sığorta şirkətinin dəstəyi ilə paytaxtla yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. Təqdirəlayiqdir ki, təkcə Şəki şəhərində yerləşən 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan 1000-dən çox məktəbli və yaxınlıqda yaşayan sakin faydalanmışdır.

Next news

PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir
PASHA chatSualınız var?