*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
03 April 2019

PAŞA Sığorta avtomobil sahibləri üçün “Yaz Fürsəti” hədiyyə kampaniyasına start verir

PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) məhsulu üzrə “Yaz Fürsəti” adlı hədiyyə kampaniyasını elan edir.

PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər şirkətin təqdim etdiyi unikal yaz fürsətindən faydalanaraq hədiyyə yanacaq kartı qazanacaqlar. Beləliklə, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN nominallı hədiyyə yanacaq kartına sahib olacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində yanacaq kartı hədiyyə ediləcək.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

Next news

PAŞA Sığorta şirkətinin rəhbərliyində yeni təyinat olub