*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
01 August 2019

PAŞA Sığorta kiçik və orta sahibkarlara 1 milyon manatadək təminat təklif edir

Hər zaman müştərilərin sığorta risklərinin idarə edilməsi üzrə qabaqcıl həllərlə çıxış edən PAŞA Sığorta şirkəti kiçik və orta sahibkarlar üçün ticarət obyektlərinin sığortasını təqdim edir.

Yeni sığorta məhsulu alış-veriş mərkəzlərində yerləşən tekstil, ətriyyat, dərman, qida və digər malların satışı ilə məşğul olan mağazalarda və ya mağazaya bitişik anbarlarda saxlanılan ticarət mallarını 1 milyon manatadək təminatla sığortalamağa imkan verir. Bununla sahibkarlar baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində yaranacaq maddi itkilərdən sığortalanmaqla bizneslərinin davamlılığını təmin edə bilərlər.

Ticarət obyektlərinin sığortası məhsulu ticarət mallarına yanğın, ildırım, partlayış, təbii fəlakətlər; üçüncü şəxslər tərəfindən qəsdən məhv etmə və ya zədələmə; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər; nəqliyyat vasitələrinin vurması kimi risklərə görə təminat verir. Cari məhsul üzrə 1 illik təminat üçün sığorta haqqı ticarət mallarının razılaşdırılmış dəyərinin 0.2%-dən başlayan tariflərlə hesablanır. Məsələn, 100 min manat dəyərə malik ticarət mallarının illik sığorta haqqı 0.2% tarif planına əsasən 200 manat təşkil edəcək.

Qeyd edilən təminatlara əlavə olaraq sahibkarlar mağazada olan inventarlara, mağazanın daxili interyerinə dəyən ziyandan, həmçinin üçüncü şəxslərin əmlakına və ya sağlamlığına vurulan zərərdən də sığortalana bilərlər. Belə ki, sadəcə 40 AZN sığorta haqqı müqabilində sadalanan hər bir riskə ayrılıqda 5.000 AZN olmaqla ümumilikdə 15.000 AZN sığorta təminatı verilir.

Ticarət obyektlərinin sığortası barədə müraciət və ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşmaq və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür.

Next news

PAŞA Sığorta AFFA ilə birgə “Məhəllə Futbolu” layihəsinə start verir