Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta sürücülük təcrübəsinə güvənən, nümunəvi sürücü olan müştərilər üçün KASKO könüllü avtomobil sığortası üzrə özəl endirim kampaniyası elan edir. Kampaniya çərçivəsində qəzasız sürücülük tarixçəsinə malik müştərilər 20%-dək endirimli qiymətlə Tam KASKO sığorta məhsulunu əldə edə bilərlər.
Beləliklə, 13 iyul – 13 avqust tarixlərində müştərilər qəzasız sürücülük təcrübəsinə əsasən icbari avtomobil sığortası üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə də endirim əldə edə biləcəklər. Bununla bonus əmsalı nəzərə alınmaqla müştərilər Tam KASKO sığortasında müvafiq olaraq 10%, 15% və 20% endirim qazanacaqlar. Qeyd edək ki, kampaniya 500 AZN və daha çox sığorta haqqına malik Tam KASKO sığortası müştərilərinə şamil edilir.
Kampaniya haqqında məlumat əldə etmək, eyni zamanda müraciət üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq “PAŞA Sığorta” şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək və ya birbaşa rəsmi saytımızdan (https://bit.ly/Optimal_KASKO) kampaniya üçün müraciət edə bilərlər.
Next news
“PAŞA Sığorta” şirkəti eyni anda daha iki tenderin qalibi oldu!