*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
04 November 2021

PAŞA Sığorta ödənişləri MilliÖn terminallarında!

PAŞA Sığorta şirkəti daha keyfiyyətli və sürətli xidmət üçün müştərilərin sığorta ödənişlərini MilliÖn terminalları vasitəsilə həyata keçirilməsini təmin etdi.

Bütün növ sığorta ödənişlərinin rahat şəkildə edilməsi üçün MilliÖn terminallarına yaxınlaşıb PAŞA Sığorta ödənişlərini seçərək, sadəcə şəxsiyyət vəsiqəsinin FİN kodunu və doğum tarixini daxil etmək kifayətdir.

Qeyd edək ki, sığorta haqqı üzrə ödənişlər vebsayt vasitəsi ilə onlayn şəkildə də edilə bilər. PAŞA Sığorta şirkətinin rəsmi veb səhifəsindən “Onlayn Ödənişlər” bölməsinə keçid edərək şəhadətnamə nömrəsi və ya müştəriyə təqdim edilmiş unikal kodu daxil etmək kifayətdir.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığortadan Tam KASKO sığortası üzrə 25% endirim kampaniyası!