*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

25 December 2018

PAŞA Sığorta: Sığorta haqqını artıq BirKartla ödəyə bilərsiniz!

PAŞA Sığorta: Sığorta haqqını artıq BirKartla ödəyə bilərsiniz!


Artıq evini, avtomobilini PAŞA Sığortaya etibar edib sığortalayanlar, sığorta haqqını BirKartla 3 və 6 aya faizsiz taksitlə ödəmə şansını əldə edəcəklər. Əlavə olaraq BirKart Cashback ilə birdəfəlik ödənişlərin 2%-ı sizin hesabınıza geri qayıdacaq. Bu imtiyaz PAŞA Sığortanın ofislərindən əldə olunacaq bütün növ könüllü sığortalara aiddir.


Qeyd edək ki, hal hazırda KapitalBank BirKart müştəriləri üçün BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.


6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, PAŞA Sığortadan 6 aylıq taksitlə təklif olunan sığorta məhsulu əldə etdikdə ödəniş müddəti 6 ay deyil, 9 ay olacaq.


PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığortadan qaydalarla sürənlər üçün 2 dəfə daha ucuz yeni KASKO məhsulu.
PASHA chatSualınız var?